Manşet

“Samir Şərifov prezidentlik iddiasındadır” – Maliyyə nazirinə qarşı SƏRT İTTİHAM

“O, səhərdən axşamacan prezidentin əleyhinə iş aparırır ki, bəs mənim oğlumu geri çağırdı, mən neyləmişəm?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin iyunun 8-də keçirilən iclasında maliyyə naziri Samir Şərifovun və deputatların “atəşli” çıxışlarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.
“Bu gün ölkədə “bespredel”lik var”

Hafiz Hacıyev məmurlar tərəfindən sərt çıxışların edilməsini fiaskoya uğrayan siyasətlərindən diqqət yayındırmaq məqsədi güddüyünü bildirib:

“Görürlər ki, apardıqları siyasət bu günə qədər nəticə verməyib, fiaskoya uğrayıb və narazılıq dalğası yaranıb. Bu dalğanın qarşısında dura bilməyəcəklərini bilirlər. Görün ölkə nə günə qalıb ki, məmurlar deputatın, komitə sədrinin də sözünü eşitmirlər. Bu gün ölkədə “bespredel”lik var, tabe olmamaq cəhdi var və heç kim heç kimin kitabını oxumur. Bu da ondan irəli gəlir ki, bunların hamısı Ramiz Mehdiyevin komandasının üzvləridirlər. Heç bir şey dəyişməyib. Məhkəmələr də başlı-başınadır. Nə qədər mən varam, imkan verməyəcəm ki, ölkə prezidentinə xəyanət olsun”.

“Deyir ki, mən prezident olacam”

Maliyyə naziri Samir Şərifovun mədəniyyət naizirini ittiham etməsinə də toxunan partiya sədri onun prezidentlik iddiasında olduğunu qeyd edib:

“Yerlərdə icra hakimiyyəti başçıları da heç kimə tabe olmur, aləm qarışıb bir-birinə. Samir Şərifov da durub mədəniyyət nazirini ittiham edir. Samir Şərifovun özü də müəyyən iddialardadır. Orada-burada deyir ki, mən prezident olacam. Bilmirəm, bu söz-söhbət haradan gəlir.

Onun Mədəniyyət Nazirliyi ilə bağlı söylədiklərinə gəlincə, ayrılan pulların hara getdiyi bəllidir. Mədəniyyətimizi əvvəl Polad Bülbüloğlu böyrü üstə qoydu, sonra Əbülfəz Qarayev axırına çıxdı. İndi nə qalıbsa, tanımadığım yeni nazir dağıdacaq”.

“O qədər harınlaşıblar ki, bilmirlər, pulları haradadır”

Hafiz Hacıyev ölkədə narazı kütləni artırma cəhdlərinin Rusiyanın agentura şəbəkəsi tərəfindən idarə olunduğunu vurğulayıb:

“Hərə özünə işləyir. Pul bunların gözünü örtüb. Prezidentin 44 günlük savaşda əldə etdiyi zəfəri həzm edə bilmirlər. Rusiyanın agentura şəbəkəsinin adamlarıdırlar. Məqsədləri xalqı daha çox narazı salmaqdır. Bir hissəsi o qədər harınlaşıb ki, bilmirlər, pulları haradadır. Məsələn Abel Məhərrəmov. Ramiz Mehdiyevin nəvəsinin toyunda tost dedi, indi məndə olan məlumata görə, dəniz kənarındakı villasının qiyməti milyard manatdan yuxarıdır. Müvafiq orqanlar bunu görmürmü? O, səhərdən axşamacan prezidentin əleyhinə iş aparırır ki, bəs mənim oğlumu geri çağırdı, mən neyləmişəm? Nə etmisən ki, neçə milyardlıq villa tikirsən”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir