Manşet

“Yeni Bakı” şəhərciyində növbəti qalmaqal: MTK borcu olmadığı halda sakinin işığını kəsib – “Azərişıq” MTK ilə bacarmır

“Artıq üç gündür ki, komendantlıq qanunsuz olaraq işığımı kəsib, “Azərişıq” isə heç bir müdaxilə etmir”.
Bu sözləri Yeniavaz.com-a şikayətində “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Azər Babayev deyib. O bildirib ki, qızmar yay günlərində işığının kəsilməsi onlara bir çox problemlər yaşadır: “Artıq üç gündür ki, işığımız kəsilib. Mənimlə birlikdə bir neçə sakin də eyni problemlə üzləşib. Komanendantlıq özlərinin qoyduğu qanunsuz ödənişlər var onları ödəmədiyimiz üçün bu addımı atıb, hansı ki, bizim elektrikə borcumuz ümumiyyətlə yoxdur. “Azərışıq” isə bizim şikayətimizə baxmır, problemlərimizin həlli üçün bizi komendantlığa yönləndirir. Evdə uşaqlar var 21-ci əsrdə biz şam işığında yaşayırıq”.
Sakinlər “Azərişıq” və Energetika nazirliyinin qaynar xətti ilə olan telefon danışıqlarını da redaksiyamıza təqdim ediblər. “Azərişıq”ın qaynar xəttindən sakinə bildiriblər ki, onlar şikayətlərini komandantlığa etsinlər və bu barədə vətəndaşa heç bir köməklik edə bilməyəcəklərini deyiblər.
Energetika nazirliyindən isə vətəndaşa deyilib ki, onların elektriklə təchizatı “Azərişıq”dan başqa heç kəs tərəfindən dayandırıla bilməz. Komandantlığın vətəndaşın işğını kəsməsi tam qanunsuzdur.
Sakinlərin şikayəti ilə əlaqədar olaraq Yeni Bakı Yaşayış Kompleksinin komendantı Azər adlı şəxslə əlaqə saxladıq. O Yeniavaz.com-a bu barədə məlumat verə bilməyəcəyini bildirdi.
“Azərişıq” ASC-dən məsələ ilə bağlı Yeniavaz.com-a bildirildi ki, artıq bu problemlə bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Vəkil Araz Yusifov komendantlığın sakinin işığını kəsmək ixtiyarının olmadığını bildirdi. O son illərdə bu kimi halların tez-tez təkrarlandığını qeyd edərək, MTK-ların vətəndaşların işıq, su, qaz təchizatını dayandırmaqlarını onlara bir təziq vasitəsi kimi istifadə etdiyini vurğuladı.
Daha ətraflı videosujetdə:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir