Manşet

Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ… – “Kristal Abşeron” istədiyi fırıldağı çevirir…

Şəhid Əzizov Teymur Əli oğlunun Sumqayıt şəhər, 10-cu mikrorayonda “Kristal Abşeron” MTK-nın tikdiyi binadan aldığı evin aylıq ödənişləri ailəsi tərəfindən ödənilə bilmədiyi üçün, ailə şirkətdən güzəşt istəyib. Şirkət isə faiz və cərimələri ləğv etmək əvəzinə 20 min manat pul təklif edir ki, şikayət etməsinlər.

Ailənin problemini Yenicag.az saytında işıqlandırdıqdan sonra, “Kristal Abşeron” MTK məsələ ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Teymur Əzizov “Kristal Abşeron”dan ümumilikdə 4 mənzil, 2 qeyri-yaşayış (ticarət) sahəsi və 2 avtodayanacaq alıb. Lakin artıq 2 ilə yaxındır ki, ödənişlərində gecikmələr yaranıb. Hazırda 4 mənzil üzrə qalıq borc ümumilikdə 100 min 37 manat təşkil edir.

Məsələni dəqiqləşdirmək üçün yenidən ailə ilə əlaqə saxaldıq. Şəhid ailəsindən bildirildi ki, 4 mənzillərinin olması yalandır:

“Bir evimiz var. 10 oktyabr 2018-ci ildə müqavilənin ümumi dəyəri 195 740 manatlıq 132 kv.m ev almışıq. Həmin müqavilənin əslini də sizə təqdim edirəm, yayımlayın. Şirkət 4 otaqla, 4 mənzili dəyişik salıb. Qeyri-yaşayış sahəsi və avtodayanacağın bizim güzəşt istəyimizlə heç bir əlaqəsi yoxdur. Biz dilənçi deyilik, həmin obyetklər üçün nə güzəşt istəmişik, nə də elə bir tələbimiz var. Bu barədə dövlətdən, şirkətdən bir istəyimiz yoxdur. Biz şirkətdən də güzəşt tələb etmirik. Bizim yazılı müraciətimizə yazılı cavab versinlər. Onlardan tək istəyimiz yazılı cavab vermələridir. Şirkət faizi və cəriməni silsə, borcu özümüz yenə də ödəyərik. Şirkət iddia edir ki, iki ilə yaxındır gecikmələrimiz var. Yalandır. Sənədlər hamısı bizdədir. Bəli, Teymur şəhid olandan sonra evin pulunu ödəyə bilməmişik”.

Şirkətin yaydığı məlumatda hazırda 4 mənzil üzrə qalıq borcun ümumilikdə 100 min 37 manat təşkil etdiyi deyilir. Ancaq şəhid ailəsinin bizə təqdim etdiyi sənətdə Sumqayıt şəhər, 10-cu mikrorayon Məzahir Abdullayev küçəsi 82A nömrəli bina 4, mənzil 132 ünvanında yerləşən yaşayış sahəsi üçün ümumilikdə 95 703 manat məbləğində ödəniş (ilkin ödəniş 32240) icra olunub. Qeyd edilən mənzil üzrə ödənilməmiş qalıq borc, aylıq ödənişlərin gecikdirilməsi ilə bağlı hesablanmış cərimə məbləği nəzərə alınmadan 100037 manat təşkil edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir