“Azərenerji” ASC-nin prezidenti postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya verilib.
Xəbəri verən qaynaq iddia edir ki, son günlər işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun qurulması yönündə işlərin yekunu ilə bağlı ciddi təftiş həyata keçirilib ki, bu məsələdə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev heç də ümidləri doğrultmayıb.
Mənbənin dia.az-a söylədikləri: “Baba Rzayev və onun işçilərinin, habelə onların yaxınlarının adına yaradılmış aralıq şirkətlər hesabılna işğaldan azad edilmiş ərazilərin enerji strukturunun qurulmasında, bərpasında ciddi pullar mənimsənilib və bu gün də sözügedən proses davam edir”.
Mənbə iddia edir ki, bununla bağlı yaxın günlərdə konkret addımlar atıla bilər: “Hələlik Baba Rzayev arxayındır. Amma onun və ən əsası qardaşının şirkətlərinin gizli maliyyə təftişi həyata keçirilir. Belə bir addım atılırsa, deməli, həbslər də uzaqda deyil…”
Əlavə bilgilərimiz olacaq… Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqılandırmağa hazırıq…
dia.az