Ağsuda məhkəmə: SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov jurnalisti həbs etdirməkdə israrlıdır – VİDEO
21 iyun saat 15:00 -da Ağsu rayon məhkəməsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun Sozcu.az saytının rəhbəri Elşən Əlisoya qarşı cinayət məcəlləsinin 147.1 və 148- ci maddəsi ilə qaldırdığı xüsusi ittihamla bağlı məhkəmə prosesi keçirilmişdir.
Azerbaycanrealligi.com saytı xəbər verir ki.
Ağsu rayon məhkəməsinin hakimi Anar Əsgərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakim Anar Əsgərov Mikayı İsmayılovun vəkilinin məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətinə baxaraq məhkəmənin qapalı keçməsinə qərar verərək, məhkəmə zalında olan jurnalistlərə məhkəmə prosesini izləməyə imkan verməyib.
Mikayıl İsmayılovun vəkillərindən fərqli olaraq, Elşən Əlisoyun vəkili Nemət Kərimlinin qaldırdığı vəsatələr hakim Anar Əsgərov tərəfindən rədd edilib.
Məhkəmə Mikayıl İsmayılovun Elşən Əlisoya qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddiasını icraata götürüb.
Növbəti məhkəmə 25 iyun saat 14:30- da keçiriləcək.
Xatırladaq ki, Mikayıl İsmayılov Elşən Əlisoya qarşı xüsusi ittiham qaydasında Ağsu Rayon Məhkəməsinə şikayət verib. Səbəb kimi M. İsmayılov barədə Elşən Əlisoya heç bir aidiyyəti olmayan azadsoz.com internet saytında yayımlanan yazının E. Əlisoy tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılması və “Bu qədər sərvəti neynir bunlar, İlahi… Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna acgözlük və vəhşilik deyirəm.” yazması göstərilib. (Sozcu.az)
Azerbaycanrealligi.com