Manşet

“Əziz Əzizov Hövsanda hər kv. metr torpağa 50 manat rüşvət alır” – Şikayət

Əziz Əzizov hakimiyyətə nöqsan gətirir

Əziz Əzizovun rüşvətxorluğu barədə 18 ildir ölkə mətbuatı müntəzəm yazır. Amma icra başçısının rüşvət və korrupsiya əməli haqqında yazıları vecinə alan yoxdur. Atalar demişkən, “dəyirman bildiyini işlədir, çarx başını ağrıdır”. Yəni ölkənin hər yerində olduğu kimi, “ver paranı, al torpağı”!

Cəlilabadda 14 il, Yasamalda 2 il icra başçısı kreslosunda əyləşən və bütün fəaliyyətini rüşvət və korrupsiya çarxı üzərində quran, vaxtı ilə “dəri biznesi” üzrə biznesmen kimi fəaliyyət göstərmiş Əziz Əzizov 2 ildir Suraxınının icra başçısı kreslosunda əyləşib, rüşvət və korrupsiya çarxını əvvəlki icra başçısı İlqar Abbasovdan da “çox səmərəli məhsuldar” işlədir.

Yazı ilə heç kimə böhtan atmırıq, işgüzar nüfuzuna da xətər vurmaq fikrindən uzağıq, yazıda insanların şikayətinə və məlumatına istinad edirik.
Məsələn, Siraxanı rayonunun Hövsan qəsəbə sakinlərindən aldığımız xəbərdə deyilir ki, sabiq icra başçısı İlqar Abbasov sənədsiz həyayanı torpağın hər kvadrat metri üçün 30 manat rüşvət alırdısa, Əziz Əzizovun nümayəndəsi hər kv. metr torpaq üçün insanlardan 50 manat rüşvət tələb edir. İnsanlardan, heç bir qərar-sənəd olmadan, 6 sot həyətyanı torpağın hər kv.m-nə 50 manat rüşvət almaq cinayət deyilmi?..

İcra başçısı Ə. Əzizovun qeyri-qanuni ev tikən vətəndaşdan aldığı rüşvətin miqdarını qaldırması Rayon Polis İdarəsinin sahə müvəkkilini də iştaha gətirib, o da hər icazəsiz “gecəqondu” tikmək üçün vətəndaşlardan 1800 (min səkkiz yüz) manat rüşvət tələb edir!
Şahidlərin və qurbanların verdiyi məlumata görə, nə icra başçısı, nə polis sahə müvəkkili rüşvətin miqdarında endirimə ilə qətiyyən razılaşmır.

Qeyd edim ki, əhalidən gələn çoxsaylı şikayətlər göstərir ki, cənab Prezidentin ölkədə başladığı struktur və kadr islahatının qızğın çağında əksər icra başçıları Əziz Əzizovun rüşvət və korrupsiya sahəsində kəşf etdiyi “qiymətqaldırma metoddan” çox səmərəli və məhsuldar istifadə edirlər.

Rayonlarda rüşvətlə qarşılaşan vətəndaşlar icra başçılarının çoxunun Əziz Əzizovun kəşf etdiyi metoddan gen-bol istifadə etmələrinin səbəbini redaksiyamıza göndərdikləri şikayət məktublarında geniş şərh edirlər.

Eyni zamanda vətəndaşlar çox haqlı sual edirlər ki, icra başçılarının rüşvət və korrupsiya əməlindən bütün xalqın əziyyət çəkdiyi göz qabağında olduğu və hər kəsin bu barədə açıq danışdığı halda, Prezident Administrasiyasının icra başçılarının fəaliyyətinə nəzarət edən Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsi və Prezidentin bu sahəyə məsul olan köməkçisi rüşvət və korrupsioner icra başçılarının fəaliyyətlərinə niyə göz yumur?!..

Rayonlarda icra başçılarının və hüquq-mühafizə orqanları əməkdaşlarının rüşvət və korrupsiya kimi çirkin, xalqı hökumətdən narazı salan mənfi əməlləri, deyəsən məqsədyönlü olaraq ölkə Prezidentindən yenə də gizlədilir!..

Əminəm ki, cənab Prezodent bu barədə məlumatlandırılsa, dərhal DTX-ya Suraxanı RİH-də əməliyyat keçirmək barədə tapşırıq verər! Nə qədər ki, hakimiyyətin bütün pillələrinə soxulmuş 5-ci kalonun nümayəndələri təmizlənməyib, rüşvət və korrupsiya ilə məşğul olanlar əməlindən əl çəkməyəcək! (Paralel.az)

Xalq Prezidentinə inanır, güvənir və onun siyasətini müdafiə edir!

Mahir

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir