Novxanıda yerləşən “Ləman” adlı Ailəvi İstirahət Mərkəzi ölkə qanunlarına məhəl qoymadan fəaliyyət göstərir. Həmin ərazidəki çimərlikdə dənizdə çimmək üçün vətəndaşlardan yalnız stulda əyləşməyin müqabilində 15, həftəsonları isə 20 manat alırlar. Ərazidə fəaliyyət göstərən “Ləman” adlı restoranda rəhbərlik qoçu dəstəsi saxlayır. Hüquqlarını tələb edən müştərilər, qoçular tərəfindən təhqir edilərək, ərazidən uzaqlaşdırılır. Restoranın fəaliyyətində pandemiya qanunlarına əməl olunmur, Opetativ Qərargahın tələbləri qulaq ardına vurulur. Restoran gecə saat 24-00-a kimi canlı müsiqi, səhnədə rəqslərlə fəaliyyətini davam etdirir. Azinforum.az-ın əməkdaşlarının ərazidən hazırladıqları videoreportajı təqdim edirik