Manşet

Vilayət Eyvazovdan YENİ TƏYİNAT – ƏMR

Daxili İşlər Nazirliyindən kadr təyinatı olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr təyinatı üzrə əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir