Manşet

Mingəçevir ekoloji baxımdan MƏHV EDİLİR – VİDEOFAKT

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində-insanların istirahəti üçün nəzərdə tutulan sahil gəzinti zolağında ciddi ekoloji problemlər yaranıb.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhərində Kür çayının əhalinin istirahəti üçün nəzərdə tutulan sahil gəziniti zolağının işbazlara satılması bir yana, axşam saatlarında çayın sahilində nəfəs almaq mükün olmur.Belə ki, çayın içərisində tikilmiş “İnci” və “Liman” kafelərindən şıxan tüstü, eyni zamanda çayda hərkətdə olan köhnə, texniki təhlükəsizlik qaydalarına cavab verməyən qayıqların atmosferə buraxdığı qara tüstü su üzərində və gəzinti zolağında əlavə bir təbəqə əmələ gəririr. Hava almağa gələn insanların əslində yaranmış(yaradılmış) ekoloji çirklənmədən havası çatmır.

Kanal32.az İnqilab Şirinsoyun ərazidə çəkdiyi videonu təqdim edir:

Mingəçevir şəhər İcra hakimiyyətinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin isə kimə xidmət etdiyini bir özləri bilir, bir də Allahları…Hələ bu azmış kimi Kürün sahil zolağını və suyun içərsini adını sahibkar qoyan işbazlara satan İcra Hakimiyyəti ərazidəki yöndəmsiz və arxetektor tələblər cavab verməyən tikililəri də görməzdən gəlir…Amma yerli sahibkarları ən xırda məsələlərə görə gözümçıxdıya salmaqda davam edirlər.

“Sədərək Yusif” isə sözün əsl mənasında Kür çayının Mingəçevirdən keçən hissəsinə qənim kəsilib…Həm çayın içərsini işğal edərək qanunsuz inşaat işi aparır, həm də suya müxtəlif tullantılarların axıdılmasına şərait yaradaraq ərazini ekoloji çirklənməyə məruz qoyur. Yerli hakimiyyət orqanları və yuxarıdakı müvafiq qurumlar isə qanun pozuntularına hələ ki göz yumurlar. “Sədərk Yusif”in Mingəçevirdəki digər qanunsuz əməlləri və macəraları haqqında növbəti yazıda və reportajda daha ətraflı məlumat verəcəyik…

ARDI VAR…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir