İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bunlara 20 kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 11 nəqliyyat vasitəsi aiddir.
Belə ki, hərracda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin balansında olan avtomobillər satışa çıxarılacaq. Hərracda avtomobillərin start qiyməti 2 500 manatdan başlayır.
Eləcə də respublikanın rayon və şəhərlərində kiçik müəssisə və obyektlər də təkrar hərraca çıxarılacaq. Həmçinin, Xaçmaz şəhərindəki internat məktəbinin yarımçıq tikilisinin də özəlləşdirilməsi nəzərdə tutulur. Onun ilkin satış qiyməti 35 000 manatdan başlayır.
Eyni tarixdə təkrar hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlakların siyahısında noutbuklar, kompüter aksesuarları, müxtəlif markalı mobil telefonlar, yaddaş kartları və s. texniki avadanlıqlar da var.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.