Səhiyyə

Vergi işçilərini döydürən deputat İqbal Məmmədov bu dəfə Ekologiya Nazirliyinə meydan oxudu – TƏFƏRRÜAT

Lerikin deputatı İqbal Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəmə iddiasından geri çəkməyə məcbur edib.

Xatırladaq ki, bu ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi deputatın sahib olduğu “Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırmışdı.

Elektron Məhkəmə sistemində yer alan məlumatlara görə, 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilib və növbəti iclas 05.05.2021-ci il saat 16:30-a təyin olunmuşdu. Məhkəmə iddiası torpaq sahəsinin boşaldılması ilə əlaqəli idi. Yəni, deputatın məşhur istirahat mərkəzinin bir hissəsi meşə torpaqlarına düşdüyü üçün müvafiq dövlət qurumu ərazinin boşaldılmasını və meşə fonduna dəymiş ziyanın bərpa edilməsini tələb edirdi.

Vergi işçilərini döydürən deputat İqbal Məmmədov bu dəfə Ekologiya Nazirliyinə meydan oxudu

Lakin İqbal Məmmədov hansısa yolla Muxtar Babayevin rəhbərlik etdiyi nazirliyi geri çəkməyə nail olub və məhkəmə nəticəsiz başa çatıb.

Məlumat üçün bildirək ki, “Relax” istirahət mərkəzinə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir. 2019-cu ilin avqust ayında Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri “Relax”ın işçiləri tərəfindən döyülüb. Bundan sonra aralarında millət vəkilinin oğlu Mirhəmid Nərimanlının da olduğu bir-neçə şəxs həbs olunub və ötən ilin yanvar ayında həbsdən azad olunub.

Geniş ictimaiyyətdə xoş qarşılanmayan və leriklilərin əksər hissəsinin nifrətini qazanan İqbal Məmmədov zaman-zaman iri şirkətləri və bahalı əmlakları ilə, habelə övladlarının qudurğanlığı ilə diqqətdə olub. İstirahət Mərkəzində Vergi əməkdaşları ilə baş verən davadan sonra daha çox tanınan deputatın mediada hansı şirkətlərə və əmlaklara sahib olması ilə məlumatlar yayımışdı.

Bu vaxta qədər mediada yayılan məlumatları ümumiləşdirsək, İ. Məmmədovun aşağıda qeyd etdiyimiz var-dövlətə sahib olduğunu söyləmək olar:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).

2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).

3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.

4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).

9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda villalar…

pia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir