Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb. Bildirilib ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.
Unikal.org-un məlumatına görə, xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib:
“Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”.