Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi …
İdarə rəisi 2 saata 24 min manat pul istəyir…
Nazirin əmisioğlu, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayevin ağacköçürmə biznesi…
Bu bir ildə 103 milyon 680 min manatdır
Tarixçi ekologiya naziri, meşələrin, ağacların, sudakı balıqların qənimi Hüseynqulu Bağırov vəzifəsindən azad olunanda Azərbaycan təbiəti rahat nəfəs aldı.
Cəmiyyət düşündü ki, yeni nazir Muxtar Babayev ekoloji problemləri yoluna qoyacaq.
Amma yeni nazir ilk öncə 2-3 balıq tutanla mübarizəyə girişdi, əsas brakonyerlər isə öz əməllərini davam etdirdi.
Muxtar Babayev guya restoranlardan çıxan tüstü ilə, kabab iyi ilə mübarizəyə qalxdı. Ancaq ictimai-iaşə obyektlərinə tüstü üçün elə qiymətə avadanlıqlar təklif etdi ki, obyekt sabiblərinin tüstüsü təpəsindən çıxdı.
Sonra cəmiyyət gördü ki, ərəb ölkələrindən gələn ovçular ölkəmizdəki nadir quşları ovlayır, təbiətimizi məhv edirər.
Beləcə, Muxtar Babayev mifi dağıldı və bəlli oldu ki, təzə nazir də köhnənin tayıdır.
İndi bəhs edəcəyimiz mövzu isə bir az fərqlidir.
Məlumdur ki, obyekt, bina tikənlərin çoxu onlarla ağacı kəsir, yaşıllıqları məhv edirlər. Bunun qarşısını almaq üçün guya ağacları başqa yerə köçürmək qərarına gəldilər. Olsun. Atalar demişkən, ziyanın yarısından qayıtmaq da faydalıdır. Amma necə…
Deməli, Muxtar Babayev nazir təyin olunan kimi qohum-əqrəbasından, nəsl şəcərəsindən kim varsa, gətirib doldurdu Ekonazirliyə. Özü də elə-belə yox e, mühüm vəzifələrə.
Belə vəzifə sahiblərindən biri də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziriyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayevdir. Məlumat üçün qeyd edək ki, Fizuli Babayev cənab nazirin doğmaca əmisi oğludur. Fizuli Babayevin “kasseri, pul yığanı” isə qohumu Flora xanımdır.
Fizuli Babayevin işlərindən biri də ağacları bir yerdən başqa yerə köçürməkdir.
Amma necə və ən əsası hansı qiymətə ?
Deməli, ”Gündəlik Bakı”ya məlumat verən mənbə bildirir ki, ağacların yerini dəyişmək üçün Füzuli Babayevə müraciət etdik.
Fizuli Babayev bildirib ki, 2 saat ərzində ağacları lazımi yerə köçürə bilərik, ancaq xərci 24 manatdır. Pulu verin Flora xanıma, gəlib ağacları köçürək.
Füzuli Babayev onu da deyib ki, 24 saat işləyirik, boş vaxtımız yoxdur.
Təsəvvür edirsiniz, 2 saata 24 min manat pul tələb olunur.
Birincisi, ağacları köçürmək üçün lazım olan avadanlıqları, maşınları dövlət alıb.
İkincisi, 2 saata, 24 min manat, deməli 1 saata 12 min manat, bir günə, yəni 24 saata 288 min manat, 30 günə 8.640.000, yəni 8 milyon altı yüz qırx min manat. Deməli, 1 ildə 103 milyon 680 min manat.
Bu az qala xırda dövlətin büdcəsidir.
Bunu da vursaq Muxtar Babayevin “nazir stajı”na, az qala dövlətin büdcəsinin yarısı.
Bax, bizim islahatçı, tərifli, gənc nazirimiz Muxtar Babayev yaxşı qazanmağın yolunu tapıb.
Yaxşı ən vacib sual budur.
Təkcə bir idarəsi milyonlar qazanan Ekologiya nazirliyi dövlət büdcəsinə nə qədər pul köçürür ?
Gundelik-baku.com