Manşet

Almaniya xüsusi xidmət orqanlarının ağır çəkili fiqurunu Azərbaycana qarşı işə saldılar – BƏLKƏ BREJNEV KİMİ MAASENƏ DƏ KAĞIZI SƏHV VERİBLƏR?

Almaniya Daxili İşlər Nazirliyi yanında dövlət katibi, Xristian-Demokratik İttifaqından Bundestaqa namizəd, bir çoxlarının yaxşı tanıdığı Hans Georq Maasen populyar ARD kanalından olan alman jurnalistlərinin “qaranlıq keçmişini” siyasi etibarlılıq və möhkəmlik baxımından araşdırmağa çağırıb. Almaniyanın konstitusiyanın müdafiəsi üzrə Federal Xidmətinin-xüsusi əks-kəşfiyyat xidmətinin keçmiş prezidentini demokratik cəmiyyətdə “qaykaları sıxmağa” nə vadar edib, üstəlik mühüm əhəmiyyət daşıyan sentyabr seçkiləri ərəfəsində?

Qalmaqallı imici ilə tanınan Maasenin diqqətini, heç demə, ARD Tagesschau telekanalının xəbər proqramlarına cavabdeh olan Norddeutscher Rundfunk (NDR) telekanalının efirində “İlham Əliyevin rejiminin hədsiz təbliğatı” cəlb edib. Azərbaycanın ünvanına bir neçə xoş söz dərhal polisay Maasenin səmimi hiddətinə səbəb olub və jurnalistlərin fəaliyyətində qəflətən “sol ekstremist cərəyanın” izlərini aşkar edib.

Bu, haqqin.az saytının dəfələrlə Almaniyadan reportajlarında bəhs etdiyi, milliyətcə türk olan Quantanamo məhbusu Murat Kurnazın səs-küylü işində, eləcə də məşhur Snouden işində məşhurlaşan Maasenin ilk antiliberal bəyanatı deyil.

Maasen yuxarılara, yəni Vaşinqtona nəzər salmağı unutmur…

Maasen Baydenin özündən daha çox katoliklik edərək Snoudeni satqın adlandırmışdı və bu da alman isteblişmentində, Bundestaqda və liberal icmada qızğın tənqidlərə səbəb olmuşdu. Amerika maraqlarının və Vaşinqtonun Berlindəki təsirinin başlıca bələdçilərindən olan Maasen var gücü ilə çalışaraq Amerika xüsusi xidmət orqanlarının Almaniyada 2013-cü ildəki böyük iflasının nəticələrini yumşaltmağa çalışırdı. Axı məhz o vaxt Eduard Snouden Amerika kəşfiyyatının məxfi sənədlərini açıqlayaraq ABŞ və Böyük Britaniyanın Almaniya ərazisində elektron casusluğunu aşkara çıxarmışdı.

Maasen qalmaqalı ört-basdır etmək və xarici xüsusi xidmət orqanlarının öz ölkəsində həyata keçirdiyi cinayətləri malalamaq üçün Almaniya iyerarxiyasındakı nüfuzlu postunun bütün rıçaqlarını işə salmışdı.

Alman xüsusi xidmət orqanlarının elitasında əhəmiyyətli fiqur kimi, o heç də öz ali diqqətini Azərbaycanın Cənubi Qafqazın regional təhlükəsizlik sistemindəki artan rolundan bəhs edən bir neçə proqrama və süjetə boş yerə yönəltməyib. Maasen oyuna elə-belə qoşulmur. Görünür ona Vaşinqtondan gözlənilməz zəng gəlib. Sonra isə Berlində vaxtında ip ucu verdilər. Axı başı seçki kampaniyasına qarışmış Maasen hansısa süjetə təsadüfən diqqət yetirməzdi və xüsusən də liberal jurnalistlərə “radikal solçu ekstremizm” damğası vuraraq onları boş yerə hədələməzdi. Üstəlik hələ də tüğyan edən pandemiya dövründə “radikal solçu ekspremistlərin” fəallığı minimuma enib. Asayiş keşikçilərinin əlinə “ekstremistlərin” sıraları yoxsullaşan almanların hesabına xeyli genişlənən Avropa Mərkəzi Bankının binası qarşısında toplaşmaq üçün göstərdikləri istənilən cəhdin qarşısını almaq üçün tarixi şans düşüb.

Alman xüsusi xidmət orqanlarının ağır çəkili fiquru Azərbaycanı CRONIMET Holding GmbH alman şirkətinin fəaliyyəti barədə alman elitası və ictimai rəy institutları üçün xoş olmayan qalmaqal fonunda xatırlayıb. Hansı ki, bu şirkət nəinki Qarabağ səhra komandirlərinin yarımkriminal rejimi ilə əməkdaşlıq edib, eləcə də Zəngilan ərazisindən axan Oxçuçayı zəhərli maddələrlə çirkləndirərək Azərbaycan ordusunun azad etdiyi aşağı Qarabağda ekoloji fəlakətə səbəb olub.

İstər belə, istər elə, amma Maasen Oxçuçayın zəhərlənməsi ətrafında davam etməkdə olan qalmaqal fonunda ortaya çıxıb

Alman şirkətinin və onun rəhbəri, Serj Sərkisyanın kürəkəni, keçmiş səfir Mikael Minasyanın Zəngəzur Mis-Molibden Kombinatındakı rəsmi tərəfdaşı Günter Pilarskinin cinayətkar fəaliyyəti barədə bundan əvvəl bir neçə dəfə yazmışıq. Redaksiyamız plüralizmə sadiq qalaraq Almaniya hökumətinə, Bakıdakı alman səfirliyinə və hətta nüfuzlu “Yaşıllar” partiyasına sorğu göndərmişdi. Və bizim Almaniyada da səs-küy yaradan məqalələrimizlə tanış olan oxucuların artıq bildiyi kimi, bu ölkənin Bakıdakı səfirliyi təkcə bir məqsəd-törədilmiş ekosiddə alman biznesmenlərinin rolunu heçə endirmək məqsədi güdən açıqlama ilə çıxış etmişdi. Amma alman diplomatları aşağı Qarabağda ekosistemin məqsədli şəkildə məhv edilməsi faktını inkar etməmişdi.

Günü gündən kəskinləşən problemə özünün başlıca məqsədinin ətraf mühitin mühafizəsi olduğunu elan edən “Yaşıllar” partiyasının münasibəti də fərqli deyil. Bu da alman siyasi elitasında mənəvi və siyasi çürümənin necə dərinə işlədiyinə dəlalət edir.

“Bizim Azərbaycana ayıracaq vaxtımız yoxdur”,-partiyanın parlament fraksiyasının mətbuat katibi bu cür laqeyd cavabla kifayətlənib. Azərbaycanın ekosisteminin məhv edilməsinə isə, üstəlik qeyri-legitim işğalçı administrasiyanın dövründə, alman sahibkarları nəinki vaxt, həm də investisiya tapıblar. Suvarma sularının çirkəndirilməsi problemi barədə Almaniyadakı erməni “yaşıllarının” etiraz aksiyasından sonra xəbər tutduqlarını deyən alman hökumət məmurlarının sinizmi də heyrətə salır. Tutaq ki, problem barədə bir neçə il əvvəl eşidiblər. Ermənilərin dilindən. Ərazilər işğal altında olarkən. Bakıdakı indiki ictimai qəzəb dalğası haqda isə eşitməyiblər. Lakin o zaman nəyə görə lazım olan reaksiya verilmirdi? Nəyə görə investorlar geri çağırılmırdı? Konstitusiyanın müdafiəsi üzrə Federal Xidmətdə onlardan niyə cavab tələb olunmurdu?

“Yaşıllar” fraksiyası qısa və aydın cavab verir: “Azərbaycana ayırmağa vaxtımız yoxdur”

Əlbətdə, Almaniya hökuməti və elitası üçün Zəngilanda törədilmiş cinayəti etiraf etmək və qınamaq yaxşı iş olardı. Berlin isə nəinki alman şirkətinin törətdiyi ekocinayətin fəlakətli nəticələrini publik şəkildə qulaqardına vurmaqda davam edir, eyni zamanda Günter Pilarskini və alman kapitalının digər nümayəndələrini zərbə altında çıxarmağa çalışır. Bundan əlavə, alman elitasının nüfuzlu nümayəndələrindən biri, sanki Azərbaycanın iradlarına cavab olaraq, özünün bütün süni qəzəbini Azərbaycan haqda xoş sözlər işlədən alman telejurnalistlərinə yönəldir.

Böyük hesabla, biz dəfələrlə qeyd etdiyimiz kimi, alman siyasi elitası Azərbaycan hökumətinə qarşı düşməncəsinə münasibətini saxlayır və hər əlinə keçən fürsətdə büruzə verir. Berlin və ümummilli alman KİV-ləri Sorosun, Vaşinqtonun və kollektiv Qərbin Azərbaycan hökumətini gözdən salmağa yönəlmiş azğın kampaniyasında mərkəzi yer tutur. Sanki sehrli çubuğun işarəsi ilə aparıcı alman KİV-lərində dünya siyasətində aparıcı rol oynamayan Azərbaycan adlı ölkədə daxili siyasi situasiya barədə yüzlərlə məqalələr dərc olundu.

Belə olmur. Bismarkın və Üçüncü reyxin ölkəsində, hansı ki, Brandta məğrur almanın inandığı kimi, “alçaldıcı” liberal hərəkəti-diz çöküb bütün alman xalqı adından yəhudilərdən üzr istəməsini hələ də bağışlamır. Məntiqə , sağlam düşüncəyə və nəhayət alman oxucusunun təbii marağına zidd olaraq liberal beynəlmiləl. Doğrudanmı Azərbaycan Almaniyanın və Avropanın siyasi və sosial həyatında bu qədər prioritet yer tutur ki, aparıcı alman qəzetlərinin baş məqalələri uzaq və tənha ölkədə insan haqları problemlərinə həsr olunur?

Avropanın lider ölkəsinin KİV-ləri bir neçə ay ərzində cəmi 10 milyon əhalisi olan ölkəni “yıxıb-sürüyə” bilməz. Brandt tərəfindən süni şəkildə yeridilmiş, təbii olmayan alman liberalizmi hətta Myanmaya münasibətdə də belə həssaslıq nümayiş etdirmir.

Bu ona bənzəyir ki, bütün Azərbaycan KİV-ləri bir neçə ay ərzində Malayziyanın, Qvatemalanın, ola bilsin hətta Perunun daxili siyasi problemlərindən gen-bol yazsın. Əlbətdə, belə olsa sayılı günlər ərzində Azərbaycan KİV-lərinin tirajı çökərdi, oxucular isə təəcüblə qələm ustalarının Kuala-Lumpurun penitensionar xidmətindəki problemlər, Kuçinqa təcridxanasındakı vəziyyət və Kota-Baruda fəalların həbsi barədə məqalələri onlara sırımasının səbəbini soruşardı.

Berlinin Bakı ilə ünsiyyət üslubu dəyişmir

Ağlasığmazdır, amma faktdır ki, pandemiyanın küncə sıxdığı almanın gündəlik həyatı baxımından Azərbaycan haqda yüzlərlə bu cür mənasız məqalə də bu cür təəcüb, qıcıq doğurur. Alman ictimai rəyinin dördüncü təkəri öz oxu ətrafında bax bu cür mənasız şəkildə fırlanır. Almaniyanın ümummilli KİV-lərinin səhifələri, əvvəlki qəribə dövrlərdə olduğu kimi, uzaq Azərbaycan barədə güclə başa düşülən xəbərlərlə dolub-daşır. Və bu, Berlinin Bakıya qarşı yeni informasiya-siyasi müharibəsinin pis qoxulu əlamətidir. 2011-2012-ci illərdə bir dəfə belə oldu, sonra 2014-2015-ci illərdə təkrarlandı. Kanslerin dəftərxanasının uzaq Bakı administrasiyası ilə ünsiyyət üslubu və qeyri-rəsmi tonu dəyişmir.

Amma Bakıda bunun əsl motivlərini başa düşə və Berlindəki yeni hiyləgər şaiyələrin müəlliflərinin əsl niyyətlərini araşdırıb tapa bilmirlər. Ola bilsin, Berlin CRONIMET Holding GmbH şirkəti barədə səs-küylü ifşalara 2015-ci ildə fırladılmaqdan yeyilmiş patefon valındakı darıxdırıcı mətnlə cavab verir? Və ya beynəlxalq təşkilatlarda səsləndirilən ittihamları Maasenin bariton səsi ilə qışqırır? Yaxud yenə də Sorosun şeytani planlarıdır? Bəlkə ola bilsin, Almaniyada tez-tez baş verdiyi kimi, adi siyasi texnologiyadır, sadəcə olaraq tibbi maskaların alınması ilə bağlı Merkelin varisi Armin Laşetin oğlunun adı qarışan korrupsiya qalmaqalından diqqəti yayındırmaq və uzaq Çində, İranda, Rusiyada və Azərbaycanda toxunulmaz və müqəddəs insan haqlarının pozultmasına yönəltmək cəhdidir? ..

İstər belə, istər elə, amma alman siyasətinin ağır çəkilisi Maasen Əfqanıstan ətrafında getdikcə artan gərginliyin qızğın çağında başqa ölkənin-Azərbaycanın adını çəkir. Sovet lideri Leonid Brejnev Bakıda, Azərbaycan ictimaiyyəti qarşısında çıxışı zamanı bir dəfə belə səhv etmişdi. Baş katibə oxumaq üçün başqa kağız vermişdilər. Bəlkə Maasenə də kağızı səhv veriblər? Tezliklə biz bu haqda da öyrənəcəyik.
Müəllif: Eynulla Fətullayev //virtualaz.org//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir