Manşet

Sahil Babayevin daha bir QURBANI… – NARAZILIQ!

Bərdə sakini Elçin Şirinov pensiyasını ala bilməməsindən, ona dəyən zərər-ziyanın ödənilməməsindən şikayətçidir. O, “Gözətçi”yə bildirib ki, o, 28 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə edilən raket hücumunun qurbanlarından biridir. Hadisə zamanı raket zərbəsi onun taksi kimi idarə etdiyi avtomobilin qarşısına düşüb. Ağır bədən xəsarətləri alan Elçin Şirinovun ayağının biri ambutasiya olunub.

O, 37 gün Mingəçevir xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılıb. Elçin Şirinov bildirir ki, şiddətli ağrılar keçirdiyi üçün müalicəsini öz hesabına davam etdirməli olub. Zərbələrdən aldığı xəsarətlərə görə isə ona 130 manat pensiya kəsilib.

E. Şirinov məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, şikayətləri cavabsız qalıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir