Cəmiyyət

“Təmiz şəhər”in rəhbərliyindən NARAZILIQ… – GİLEY

Bakı şəhər sakini Pərvanə Vəlizadə “Təmiz şəhər”də işləmiş həyat yoldaşı Şahin Vəlizadənin ötən ilin oktyabrında vəzifəsinə aid olmayan işi icra etməsi tələb olunduğu üçün üzərinə dəmir darvaza düşərək həlak olduğunu bildirib.

“Qafqazinfo”ya müraciət edən P.Vəlizadə buna görə “Qala Sığorta” şirkəti tərəfindən 70 – 100 min manat arası təzminat veriləcəyinin deyildiyini, lakin buna əməl olunmadığını bildirib.

O qeyd edib ki, şirkət cəmi 54 min 600 manat pul köçürüb: “Qalan məbləğin ödənilməsi üçün məhkəməyə müraciət etdik. Lakin “Təmiz şəhər”in rəhbərliyi şikayəti geri götürməsək, qalan məbləğin də əlimizdən alınacağını dedi”.

“Təmiz Şəhər” ASC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisəyə mərhumun ehtiyatsızlığı səbəb olub: “Təhqiqat komissiyasına təqdim edilən sənədlərdən, alınan izahatlardan, aparılan sorğulardan və hadisə yerinə baxışdan sonra müəyyən olunub ki, Şahin Vəlizadə xidmət apardığı ərazidən avtomobillərin çıxması üçün darvazanı bağladığı zaman stopor tab gətirməyərək qırılıb və darvaza yerindən çıxaraq üzərinə düşüb. Bu zaman o vəfat edib.

Təhqiqat komissiyasının aktına əsasən səbəb Şahin Vəlizadənin ehtiyatsızlığı olub. Mərhumun ölümü ilə nəticələnən bədbəxt hadisə istehsalat xarakterli olaraq qiymətləndirilib. Sabunçu rayon prokurorluğunun iş üzrə qərarına əsasən Şahin Vəlizadənin vəfatının səbəbi səhlənkarlıq olaraq qiymətləndirilib.

“Təmiz Şəhər” mərhumun ailəsinə qanunvericiliklə nəzərdə tutulan birdəfəlik müavinət ödəyib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir