Manşet

Daha iki sabiq məmurun BAŞI DƏRDDƏ – İDDİA

Ulu Öndər Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsılır: “ Günahkar cəzasız qalanda və günahsız cəza alanda”.
Bu müdrik məsəli nə üçün xatırladıq.
Hamıya bəllidir ki, Mingəçevir İES-də baş verən qəza nəticəsində Azərbaycan iqtisadiyyatına 500 milyon, yəni yarım MİLYARD ziyan dəymişdi.
Ancaq “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vəzifədən getməklə canını qurtara bildi. Və bugünədək Pirverdiyev cəzasız qalıb.
Bu cəmiyyətdə xeyli suallar doğurur.
Axı, necə ola bilər ki, dövlətin milyardlarını mənimsəyib böyük qəzaya səbəb olan, ölkəni zülmətə qərq edən şəxs heç nə olmamış kimi bu gün qollarını sallayıb arın-arxayın gəzir.
Nəinki arxayın gəzir, hətta bu yaxınlarda Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona satıb.
Görəsən ona deyən oldumu ki, ay adam, gətir dövlətə vurduğun ziyanın 1 faizini deyil ee, 0, 3 faizini ( 500 milyonun 1 faizi 5 milyon, 1.6 milyon isə 0,3 faiz ) qaytar. Yox, deyən olmadı.
Guya Etibar Pirverdiyevə deyən var ki, qızın Dünya Pirverdiyevanın Londondakı şirkətləri milyonları haradan qazanıb ?
Yeri gəlmişkən, Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir.
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım Londonda bir neçə şirkətə sahibdirlər.
Ünvanları da budur :
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqları milyonlar xarici banklarda fırlanır.
Etibar Pirverdiyev energetik olmaqla yanaşı, həm də bankirdir, bank sahibidir.
Son məlumatlara görə, cənab Etibar Pirverdiyev ona məxsus Ekspress bankı satmağa hazırlaşır.
Görəsən, 10 il əvvəl Belorusiyada kartof, soğan satan Etibar Pirverdiyevin ağlına gələrdimi, nə vaxtsa bank sahibi olacaq.
Azərbaycan xalqınınn pullarının hesabına Etibar Pirverdiyev təkcə bank sahibi deyil. Adamın dəvə fermaları, 100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri.

Əgər sadə bir yoxlama aparılsa, Etibar Pirverdiyevin Bayraq meydanı tikintisində dövlətin milyonlarını taladığı üzə çıxacaq.
Yəqin ki, bir gün bu məmləkətdə bir ədalət məhkəməsi qurulacaq. Və o zaman Etibar Pirverdiyev kimilər mütləq xalq və qanun qarşısında cavab verəcəklər. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir