Manşet

“Gecələr gizli olaraq müdaxilələr edirlər…” – İTTİHAM

“”Azəriqaz” smart kartla çalışan sayğaclara gecələr gizli olaraq müdaxilələr edir”.

Qlobal.az xəbər verir ki, bu barədə feysbukda Azərbaycan MEA-nın aparıcı elmi işçisi Şahin Bağırov yazıb:

“Azəriqaz sistemində həyata keçirilən böyük maxinasiyanın sirrini açıram. Bunu mənə Azəriqazda məsul işdə çalışan, adının açıqlanmasını istəməyən bir nəfər söylədi. Məlumatınız olsun ki, smart kartla işləyən sayğaclar ölkədə ləğv olunur və əvəzinə mexaniki sayğaclar qurulur. Gecə radələrində vətəndaşlar üçün istismara verilən smart sayğaclara Azəriqazın yerli əməkdaşları tərəfindən gizli olaraq müdaxilələr edilir və sayğaclar dayanır. Şikayətçi olan abonentə sayğacın istismar müddətinin bitdiyi bildirilir və əvəzlənərək yeni mexaniki sayğaclar quraşdırılır. Köhnə sayğacları təhvil alan laboratoriya məhz müdaxilə olunduğunu əsas gətirərək abonenti 216 manat cərimə edir. Bu, kütləvi hal almaq üzrədir və bu oyunbazlığın tədricən bütün abonentlərin başına gətirilməsi nəzərdə tutulub. Bu “cərimələr” bəzən börc ödənilməsi formasında abonentlərə ödətdirilir. Hüquqi baxımdan sayğaclar yaşayış obyektinin daxilində quraşdırılmalıdır. Çöldə quraşdırıldığı üçün Azəriqazın gecə quldurları asanlıqla müdaxilə edərək smart sayğacların ekranlarını xarab hala sala bilirlər. Bəzi sayğacların klapanları götürülür ki, müdaxilə olunduğu sübut oluna bilsin. Bizim qonşulardan bir neçə nəfər açıq şəkildə qaz sayğacına müdaxilə edən yerli qaz idarəsi əməkdaşlarını qova biliblər. Əgər başınıza bu iş gəlibsə mütləq İctimai Nəzarət Şurasına müraciət edin. Hərçəndi onları da “başa salmaq” problemli məsələdi…”.

“Azəriqaz”dan iddialara münasibət bildirilməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir