Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.