Cəmiyyət

Siyəzən sakini icra başçısına QARŞI… – VİDEOMÜRACİƏT

Siyəzən sakini Ruslan Quliyev yenidən Azinfo.tv-yə video-müraciət göndərib.

Şikayətçi icra hakimiyyətinin başçısı Novruz Novruzov haqqında ittiham edici faktlarla danışır.

Novruz Novruzov 5 il Lerik rayonunda, 5 il Goranboy rayonunda,11 ya 12 il Şabran rayonunda İcra başçısı vəzifəsində çalışıb və 2019-cu ildən Siyəzən rayonuna təyinat alıb. Bu adam işlədiyi bütün rayonları xaraba günə qoyub, bazara döndərib. Şabran rayonunda Novruz Novruzovun iki villası və xeyli sayda daşınmaz əmlakı var.

Novruz Novruzov və birinci müavini Aqşin Ağayev Siyəzən rayonunda olmazın fırıldağlara əl atır və məqsəd ancaq pul qazanmaq, mal-mülk əldə etməkdir. Bunların kadrları Etibar Heydərov, rayon polis idarəsinin rəis müavini Əhməd Nəcəfov və sairləri rayonda istənilən qanunsuz işlərə gedirlər. Məsələ bundadır ki, bütün baş verənlərlə bağlı dəfələrlə dövlət başçısına, hüquq-mühafizə orqanlarına və digər dövlət orqanlarına yazılı və şifahi şəkildə müraciətlər etmişik. Ancaq təəssüf ki, günü bu günə kimi heç bir tədbir görülmür. İcra başçısı Novruz Novruzov Siyəzən əhalisini dövlət başçısının üstünə qaldırır, insanları narazı salaraq etirazlara sürükləyir. Uzun illər ərzində rayon üçün ayrılan milyonlar qeyd edilən şəxslər tərəfindən mənimsənilib. Mən dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək kömək istəyirəm. Xahiş edirəm ki, dövlət səviyyəsində Siyəzən rayonunda bütün sahələr üzrə maliyyə yoxlamaları həyata keçirilsin. Əgər bu olsa, inanıram ki, Siyəzən rayonunda əməliyyat həyata keçiriləcək.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Mətn ixtisarla verilib, buna görə Video-müraciət tam şəkildə təqdim olunur.

Elçin İsmayıllı //azerinfo.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir