Siyəzən rayon sakini Ruslan Quliyev azinfo.tv-yə maraqlı video görüntü göndərib.
Video görüntü Siyəzən rayon 6 saylı Litseyin həyətində çəkilib.Buradakı qəzalı vəziyyətlə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etmişik.Prezident administrasiyasına, fövqəladə hallar nazirliyi və sair yerlərə 2019-2020-ci ildə FHN-İN nümayəndələri bu əraziyə baxış keçirib.Mütəxəssislər rəy verdilər ki,bina təhlükəli olduğu üçün ərazidə olan bütün qaz xətləri çıxarılmalıdır.Hazırda burada şagirdlər və müəllimlərin sayı 700 nəfərə yaxındır.Litseyin ərazisindən səhiyyədən qanunsuz olaraq alınmış qaz xətləri keçir.Rayon rəhbərliyi FHN-İN rəyini icra etmək istəmir.Məktəbin altından ayaqyolu çirkabı axır.
Bu yaxınlarda buralarda xeyli ağac əkdilər ki,qaz xətlərini ört-basdır etsinlər.Həmin xətlərin üstünə torpaq tökülmüşdür.Məktəbin meydançasına ağaclar əkilib.İcra hakimiyyəti deyir ki, mənim xəbərim yoxdur.Bayraq meydanında aylardır ki,bayrağımız yoxdur.Məktəb nəmişlikdən qəzalı vəziyyətə düşüb.Məktəbin ərazisini ev,mağaza tikintisi üçün satıblar.Təhsil nazirliyinin balansında olan torpaqları başqa məqsədlər üçün istifadə edirlər.Bu qanunsuz əməllərin başında icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev dayanır.Ərazidən keçən qaz xətləri layihəsiz xətlərdir.Bunlar dövlətdən oğurluq edirlər.Səhiyyənin qaz xəttinə qanunsuz qoşularaq oğurluq edirlər.Məktəbin həyətində qanunsuz tikilmiş mağaza fəaliyyət göstərir.Ərazidə tikilmiş şəhid bulağı üçün büdcədən 9000 min manat pul silinib.Hazırda həmin bulağın suyu,su kranı belə yoxdur və içi zibil ilə doludur.Qeyd olunan video-faktı təqdim edirik.
Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Elçin İsmayıllı //azinfo.tv//