“Evdə kombi var, amma illərdir mərkəzləşmiş istilik sisteminə görə borc gəlir” – NARAZILIQ!
Bakı şəhər Xətai rayonu, Nəsrəddin Tusi binası, mənzil 29 ünvanında yaşayan Zeynəb Rüstəmova “Azəristiliktəchizat”nın fəaliyyətindən şikayətçidir.
Şikayətçi Cebhe.info-ya bildirib ki, neçə ildir mənzilini qızdırmaq üçün kombi sistemi qoşdurub. Lakin ona hər il mərkəzləşmiş istilik sistemindən istifadyə görə borc gəlir.
“Azəristiliktəhcizat” Xətai rayon üzrə şöbəsinin əməkdaşları da mənzilə baxış keçirməyib. Qəbzdən də görünür ki, 142 manatdan çox istilik borcu gəlib.
Cebhe.info məsələ ilə bağlı “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb.
O bildirib ki, bununla bağlı vətəndaş “Azəristiliktəchizat”na müraciət etməlidir:
“Daha sonra qurumun əməkdaşları mənzilə baxış keçirməli və məsələ aidiyyəti üzrə həll edilməlidir. Əgər mənzilə vətəndaş fərdi şəkildə kombi sistemi qoşdurubsa, o, müraciət etmədən biz məsələni necə bilə bilərik? Vətəndaş müraciət etdiyi tarixə qədər, əgər istifadə edibsə, o borcu ödəməlidir”.