Son illər ölkə mediasında Gəncə Dövlət Univertsitetində yaşanan problemlərlə bağlı onlarla narazı ziyalıların həqiqətləri yer alıb. Həm universitetdə problemlərin bitməməsi həm də rektor Yusif Yusifovun təhsil qanunlarına zidd mexanizimlə işləməsi ali təhsil ocağının daxilində qarşudura və terəfbazlıq yaradıb. GDU-da baş verənlərlə bağlı cumhuriyyet.az mediada yer alan iddiaları xatırladaraq bildirir ki, universitet daxilində höküm sürən dərəbəkliyə rektorun səlahiyyətli nümayindəsi Şahin Xurşudov rəhbərlik edir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, “Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Şahin Xurşudovdur. Asif Cavadov estafeti ona ötürüb. Bu adam hər yerdə deyir ki,mən mini rektoram. Rektor Yusif Yusibovda başa düşür ki, universitetdə “kölgə iqtisadiyyatı” Şahin Xurşudovsuz mümkün deyil. Şahin Xurşudov bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur.”
GDU-da yaşanan son hadisələr nəinki təhsilimizə, hətta gələcəyimiz olan gənclərin savadlı kadr kimi yetişməsinə ciddi mane olur. Rektor Yusif Yusibovu isə narahat edəcək bir məqam belə yoxdur. Çünki, oliqarx həyatı yaşayan bir şəxsi istər ali təhsil ocağı, istərsə də gənclərin gələcəyi maraqlandırmır. Qardaşı Cavanşir Yusibova və Iqsadiyyat Naziri Mikayıl Cabbarova arxalanan rektor bütün nöqsanları qulaqardına vurur. Elə bu səbəbdəndir ki, GDU-da təhsil alan tələbələr artıq öz talehləri ilə barışıb. Bir faktı qeyd edək ki, ölkə başçısı cənab Ilham Əliyev Gəncə Dövlət Universitetinə rektor təyin edərkən işində Y. Yusibova məsüliyyətli olmağı, gələcəyimiz olan gənclərin savadlı kadr kimi yetişməsində xidmət göstərməyi tövsiyə etmişdir. Lakin Y. Yusibov GDU-ya rektor təyin olunan gündən ali təhsil ocağında eşq macarəsi yaşamaqda, rüşvətlə tələbələri aylığa burxılmaqda və digər xoşagəlməz hadisələrdə adı ölkə mətbuatında kifayət qədər hallandı. Ölkə mediasında yer alan digər bir iddianı da cumhuriyyet.az olaraq xatırladaq ki, rektor bağışlanılmaz addımına görə qəbul otağında bir şəxs tərəfindən bərk döyülüb. Hadisənin nədən baş verdiyi isə hər birimizə məlumdur. Bir daha bildiririk ki, həmən xanımın adını hallandırmaq etik qaydalarına ziddir və bu mövzü haqqında geniş yazmağa lüzüm görmürük.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.