Manşet

Kiçik bir idarədə çevrilən BÖYÜK İŞLƏR… – İTTİHAM

Bir həftə əvvəl İsmayıllı rayonu Uşaq Gənclər İdman Məktəbində (UGİM) baş verən qanunsuzluqları ifadə edən yazı azerinfo.az saytında dərc olunmuşdu.Yazıda qeyd olunan mərkəzin direktoru Anar Abbasov haqqında tükürpədici faktlar yer tapmışdı.İsmayıllı təhsilində çalışan və uzun illər ərzində rayon təhsil sistemində böyük əməyi olan şəxsin növbəti ikinci yazısını dəyərli izləyicilərimizə təqdim edirik.
2-Yazı
UGİM-də baş verən bütün işlərdə əsas rolda gedən Məmmədova Cəmilə xanımdır ki, Anar Abbasovla hər bir məsələni telefon vasitəsilə həll edirlər.Hər ay kimə maaş yazılmalıdır,kimə yox.Hər ay əmək haqqı verilən ərəfədə 7-10 gün Anar Abbasov icazəli olur və işə gəlmir.Ona görə ki, qeyri-qanuni işə götürdükləri şəxslərə elə ay olur ki, maaş yazılır,elə ay olur ki,yazılmır.Həmin işçilər də Anar Abbasovu axtarırlar.Anar “müəllim” də mərkəzin həyətindəki parkda gizlənib yola baxır və Cəmilə xanım vasitəsilə öyrənir ki,idarədə kim var,kim yox.Yəni idarəyə gəlmək olar,ya yox.
İdarədə işləyən digər bir müəllimə Mehdiyeva Mahirənin ailə vəziyyəti olduqca yaxşıdır.Amma o,yenə dərs saatı almaqdan yorulmur və onun üçün 6- saat dərsin qiyməti 800 manatdır.Mahirə müəllimə iki dəfə,hər dəfə 800 manat pul verərək 6 saat dərs alıb.Amma orada aztəminatlı ailə olan, qızı qan xərçəngindən əziyyət çəkən Bəşirova Elyanə müəllimə isə xəbərsiz olaraq işdən çıxarılıb.Belə ki, Elyanə müəllimə qızının kimyaterapiyalarında yanında olmaq üçün (həm də qızı bir neçə aydır ki, xəstəxanada qalır)Bakı şəhərində olmuşdur.Maaşlar vurulanda ona maaş köçməyib və maraqlanıb ona işdən bildiriblər ki,o artıq UGİM-DƏ işləmir.Amma ki,Cəmilə xanımın qardaşı arvadı Məmmədova Rəxşəndə xadimə adı ilə hər ay bir qəpik kəsintisiz və gecikməsiz maaş alır.Əslində Rəxşəndə xanım heç idarənin yolunu belə tanımır.
Dilşad müəllimənin qardaşı arvadını işə götürmək üçün Anar Abbasov 1500 manat pul istəyib.Sağ olsun Dilşad müəllimə kredit almaqla bu pulu Anar “müəllimə” verib.Artıq üstündən 3-4 ay keçib,nə iş var,nə də ki, pul.Anar Abbasova zəng edəndə isə ya telefonuna zəng çatmır,ya da ki,deyir mən başqa işə gedirəm, sənin də işini yoluna qoyacam.Amma ortalıqda heç bir şey yoxdur.
Anar Abbasov işə adam götürəndə bəzən tək olmur.Atası Azər Abbasovun da məsləhəti olur.Məsələn: Həsənov Siyavuş Azər Abbasova 100 manat verib ki, həyat yoldaşı Şahnaz müəlliməni işə götürsün.Şahnaz müəllimə dərs keçmir.Bu qədər sadə.
Artıq bir neçə ildir ki,bu idarənin jurnalları H.Əliyev mərkəzində yoxlanılır.Çünki Anar Abbasovun xanım dostu həm bizim idarədə,həm də orada işləyir və bu idarədə bəzi müəllimlərin adını çəkmək qadağandır.Hətta belələrinin adı Anar Abbasovun otağında belə yavaş çəkilir.
Pandemiya dövründə Anar Abbasov özünü qəhrəman müdür kimi göstərmək üçün özü yox,metodist Mehriban müəllimə tərəfindən dəfələrlə qrupa yazılıb ki,dərslərdə Bakıdan gəlmiş yoxlama olacaq.Hər dəfə metodist dən soruşanda deyib ki,Anar müəllim deyir ki, təhsil şöbəsindən deyilib.Hətta dərs keçməyən müəllimlər maaş almayacaq.

ARDI VAR.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azerinfo.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir