Manşet

Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya baxmırlar

Cavabdehlər BDU və “Kapitalbank”ın Nizami filialı qazinin təhsil, istehlakçı və məhkəmə təminatı
hüququna qadağa qoydurublar
Məhkəmə hüquq sisteminin gerçəkdə məzhəkə hoqqa(bazlıq) sirkinə çevrilməsi Prezidentin
03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından
sonra daha eybəcər şəkil alıb. Sözügedən normativ-hüquqi aktla nə Ədliyyə Nazirliyi , nə Məhkəmə
Hüquq Şurası, nə də digər qurumlar üzərlərinə qoyulan süründürməçiliyin, qeyri-prosessual
münasibətlərin yolverilməzliyinin, pozuntuya yol verən hakimlərin intizam məsuliyyətinə cəlb
edilməsinin labüdlüyünün , məhkəmə qərarlarının icrasının və s. təmin edilməsi tapşırıqlarına əməl
edib. Əksinə, son iki ildə məhkəməyə müraciət etmək hüququna, yəni məhkəmə təminatı hüququna
qadağa qoyulması “islahatları” dərinləşib”! (?) Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi (qərarı çıxaran
Şərafət Məmmədova və Aygün Abdullayeva) tələbkarın məhkəmə qərarının icrası ilə bağlı 5 illik
ərizələrinə hələ də baxmayıb, Qarabağ qazilərinin 3-cü şəxs qismində işə cəlb edilməsi haqqında
vəsatət(lər)ə (h.Nəriman Abıyev) ,“Azəriqaz” (h.Fərid Mədətli) və digərlərinə qarşı iddialara da eləcə.
Yuxarı instansiyalara gəldikdə, “aşağı-yuxarı” hakimlərinin qeyri-prosessual ilişgidə “aliliyi” prezident
fərmanını da, qanunu da, məcəlləni də, Konstitusiyanı da qüvvədən salıb. Özbaşınalığa baxın, Ali
Məhkəmə (sədrlik edən Kəmaləddin Bədəlov) 17.03.2020 tarixli Ağsu RİH və digərlərinə qarşı gizlin
qəbul etdiyi qərarını 17 aydır , Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Xəyalə Cəmilova) 5 günə
verməli olduğu qərardadını 4 aydır verməkdən imtina edir! (?) Belə məhkəmə təminatı hüququ olar?
Bakı İnzibati Məhkəməsinə Sabunçu məhkəməsindən ezam olunmuş hakim Rüstəm Kərimlinin
cavabdeh Nərimanov bələdiyyəsi ilə qeyri-prosessual ilişgisi isə konkret korrupsiya faktıdır. Fikir verin,
2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində Rüstəm Kərimli cavabdehin qeyri-prosessual vəsatəti ilə
bir il yarımlıq süründürməçiliklə 15.10.2019 tarixli qərarla icraata xitam verib. Bakı Apellyasiya
Məhkəməsi 05.03.2020 tarixli qərardadla iddiaçı qazinin şikayətini təmin edib və işi Bakı İnzibati
Məhkəməsinə göndərib. Prezidentin 03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” fərmanının 5.4.2 (məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə
elektron qaydada bölüşdürülməsi ) bəndinə “əsasən”, iş “təsadufən” qərardadı ləğv edilmiş Sabunçu
məhkəməsindən ezam olunan hakim Rüstəm Kərimlinin “bəxtinə düşüb”! (?) Başabəla hakim
“təsadüfi xoşbəxtlikdən” özünə etiraz etmək yerinə , işi gizlətmək amacı ilə yararlanıb və 17 aydır
gizlin də olsa qərar qəbul etməkdən imtina edir! (?) Bu azmış kimi, qazinin ƏƏSMN-ə qarşı Şəki
İnzibati Məhkəməsindən Ali Məhkəməyə, oradan Bakı İnzibati Məhkəməsinə “sürünən” iddiasına da
“təsadüfən” hakim olan R. Kərimli qeyri-aşkar şəkildə Prezidentin 30.06.2020 tarixli 1077 saylı
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını ADSIZLAŞDIRMAQLA saxtalaşdırıb və qərar
gəlib ki, ƏƏSMN-in tabeliyindəki qurumlar fərmanla ƏƏSMN-ə tabe deyillər! (?) Özbaşınalığa,
Prezidentə hörmətsizliyə, qaziyə qərəzə baxın!
Bakı, Şəki inzibati məhkəmələrini bir qırağa qoyaq, heç rayon məhkəmələri də insan hüquqlarını
pozmaqda “inzibati qardaşları”ndan geri qalmır. Yasamal məhkəməsi (hakim Günel Əkbərli)
barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “hərbi ekspert”in vəkil kimi 15 günə baxmalı
olduğu xüsusi ittiham qaydasında şikayəti gizlədib, ilyarımlıq şikayətlərdən sonra köhnə tarixə
icraatdan imtina edib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən İlqar
Murğuzov) bir ildən çoxdur apellyasiya şikayətinə baxmır . Nizami Məhkəməsi (hakim Nəriman
Mehdiyev) də 1,5 ildir qazinin E.İslamov adlı sahə müvəkkilinə qarşı xüsusi ittiham qaydasında
şikayətinə baxmır. Bu hakimin və məhkəmənin özbaşınalığı o həddədir ki, bir ildən sonra köhnə tarixə
icraatdan imtina edildiyi bildirilir, amma qərar hələ də “tapılmır” ki, apellyasiya şikayəti verilsin.
Məsləhətçi Ceyhun Bayramov 4 il qabaq Nizami RİH-in şöbə müdiri Əli Axundova qarşı xüsusi ittihamlı
şikayətdə olduğu kimi, yenə də cinayət işinə hakim təyin edilib, deyəsən, şikayətləri cavablandırır.
Ondansa, çıxarılan (çıxarılıbsa) qərarı şikayətçiyə vermək daha düzgün olmazmı? Bunu edə
bilmirlərsə, deməli, məhkəmə qərarının özü yoxdur! Bəs niyə Məhkəmə Hüquq Şurası Prezidentin
03.04.2019 saylı fərmanına uyğun tədbirlər görmür?
Yasamal və Nizami məhkəmələri mülki iddialara baxmaqda da antirekord yarışındadırlar. 3-cü şəxs
Təhsil Nazirliyi olmaqla Bakı Dövlət Universitetinə qarşı təhsil hüququna qoyulan qadağanın aradan
qaldırılması barədə Yasamal məhkəməsi , “Kapitalbank”ın Nizami finalına qarşı xidmətdən imtina
edilməsilə istehlakçı hüquqlarının pozulması barədə Nizami rayon məhkəməsi eyni tarixdə –
22.04.2021-ci ildə verilən iddialara baxmır. Mülki Prosessual Məcəllənin (MPM) 151.3 maddəsinə
görə isə, iddia ərizəsi 10 günə qaytarılmadıqda və ya qəbulundan imtina edilmədikdə icraata qəbul
edilmiş sayılır. Məhkəmə təminatı hüququnun pozuntusu haqqında şikayətlərə cavab olaraq Nizami
məhkəməsinin hakimi Ülkər Yusifova 3 aydan sonra 01.07.2021-ci ildə elektron qaydada iddianın geri
qaytarılması haqqında qərardadını göndərib. Guya, Nizami rayonunda fəaliyyət göstərən cavabdeh
“Kapitalbank”ın Nizami filialı Nəsimi rayonundakı baş ofisdə fəaliyyət göstərir. Halbuki istənilən halda,
MPM-in 36.9 maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddialar
iddiaçının yaşayış yeri və müqavilə yeri üzrə məhkəməyə verilə bilər və 36.12 maddəsinə görə
məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur. Bir aydan çoxdur Nizami məhkəməsinin
qərardadından şikayət verilsə də, hələ də hakimin qərardadını ləğv edib işə baxması və ya ləğv
etməyib 7 günə Bakı Apellyasiya Məhkəməsinə göndərməsi barədə məlumat verilmir. Deyəsən,
Nizami məhkəməsi köhnə tarixə qəbul edilməyən qərarlar qəbul edilməsində “islahatları
dərinləşdirib”. Halbuki , 03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında” fərmanın 5.4.1 bəndinə əsasən məhkəmə qərarları elektron qaydada dərc edilməlidir.
Yasamal məhkəməsinin yanında Nizami məhkəməsi “sirk tamaşasına getməlidir. Heç olmasa, köhnə
tarixə də olsa bu məhkəmə “hoqqa” çıxarıb. Yasamal məhkəməsi 4 aydır susur. 16 ildir Təhsil
Nazirliyi, BDU təhsil hüququna qadağa qoyub, indi də məhkəmə məhkəmə yolu ilə hüququn
təminatına. Görəsən, məhkəməyə BDU basqı yapır, yoxsa Təhsil Nazirliyi?
Məğrur Bədəlsoy
Teref.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir