Əslən Kəlbəcərdən olan iş adamı Əli İbrahimov icra başçısı Azər Qocayevin qanunsuz və məntiqsiz əməllərinə məəttəl qaldığını bildirib. İş adamı icra başçısının vəzifədən hədə-qorxu ilə, zorla qovduğu icra nümayəndəsi haqqında belə deyib:“Elnur Xudaquliyevi yaxından tanıyıram, dostluq münasibətimiz var. Martın sonlarında Kəlbəcər rayonunda hərbi hissələri çörəklə təmin edən sexin şkiflərinin remenləri-qayışları sındı və iş iflic oldu, əsgərlər çörəksiz qala bilərdi. Mən də məcbur qalıb Elnurdan xahiş etdim ki, sexin avadanlığını təmir etmək üçün təcili remenlər alıb gətirsin. Etiraz etmədi, poilisdən də onun gəlməsi üçün razılıq aldım və aprelin 2-də Elnur Kəlbəcərə gəldi, remenləri mənə çatdırdı. Ancaq nədənsə elə həmin gün polislər onu özlərilə götürüb apardılar, dedilər qanunsuz keçib gəlmisən. Təəccübləndim ki, bu nə deməkdir? Elnur axı postları icazə ilə keçib, Toğanadan bura 80 km yolu da maşınla gəlib. Sonra eşitdim ki, 200 manat cərimələyiblər, hətta icra başçısının ürəyi soyumayıb Elnuru işdən də çıxardıb…”.
Həqiqətən də iş adamı deyən kimi məəttəl qalmalı məsələdir. Bu adam Kəlbəcərə kefə, istirahətə getməyib. Əsgərlərimiz üçün zəruri olan çörək problemini həll etmək üçün lazımi avadanlıqları alaraq icazəli şəkildə Kəlbəcərə gedib və ən əsası əsgərlərimizin çörək problemi həll olunub. Buna görə, icra nümayəndəsinə ən azı təşəkkür düşür, mükafat düşür.
Ulu Öndər deyirdi ki, dövlət iki şeydən sarsılır: cinayətkar cəzası qalanda və günahsıza cəza veriləndə.
Cənab icra başçısı Azər Qocayev, sən bunları başa düşmürsən ?
Bu insana mükafat verməyin, təşəkkür etməyin sənin özünə qalsın, hələ bu adama cəza da verirsən. Neçə il nöqsansız işləmiş dövlət qulluqçusuna hədə-qorxu gəlib, zorla işdən qovursan.
Həmən icra nümayəndəsi əziyyət çəkib, öz şəxsi maşını ilə Kəlbəcərə avadanlıq aparanda sən yəqin ki, isti kabinetində mürgüləyirdin. Ona görə də icra nümayəndəsinin atası yana-yana deyir ki, Azər Qocayev nankor adamdır. Bundan artıq adama nə deyərlər, cənab Azər Qocayev ?
Onu da qeyd edək ki, Azər Qocayev icra başçısı təyin olunan kimi məktəb direktorlarını, müəllimləri çağırıb hədə-qorxu gəlib, işdən çıxaracağını deyib.
Bu adam özünü “vışibala” kimi aparır.
Bu adama başa salan yoxdur ki, bura dövlət qurumudur, icra hakimiyyətidir, sənin üçün gecə klubları-zad deyil, ay yoldaş…
Bu adamın deyəsən tərbiyyəsində ciddi problemlər var, atası-anası yaşda müəllimlərə hədə-qorxu gəlir.
Bu adam, icra başçısı olduğu 1 ildən artıq müddətdə öz müavinlərinə özünü “sevdirə” bilməyib, Kəlbəcər camaatının hörmətini necə qazana bilər ?
İcra başçısı olan kimi özünə təzə köməkçi, təzə katibə götürüb, elə bilir ki, islahat-zad budur.
Ümumiyyətlə, bu adamın “razmeri” icra başçısı olmağa layiq deyil.
İş adamı öz şəxsi pulunu xərcləyib əsgərlərə çörək sexi açıb, əsgərlərimizi çörəklə təmin edir, sən isə kimlərisə işdən çıxardıb pul qazanmaq istəyirsən. Əslində sənin kimiləri deyil, məhz elə fədakar iş adamları icra başçısı olmalıdır. İcra başçısı olmağa sən layiq deyilsən. Kəlbəcərdə icra başçısı olmağa layiqli xeyli insanlar var.
Bu adam insanlarla danışanda tez-tez barmağını silkələyir. Vallah gülməli və gülməli olduğu qədər də ağlamalı vəziyyətdir.
Ömründə bircə saat idarəetmə təcrübəsi olmayan, hətta etik qaydaları pozan adam 100 minlik rayonun necə rəhbəri ola bilər. Bunun özünü idarə edən lazımdır.
Ən gülməlisi odur ki, bu adam “barama”nın nə olduğunu bilmir.
Ölkə başçısının aqrar sahənin inkişafı ilə bağlı təşəbbüslərini saya salmır.
“Kəlbəcər hara, barama hara deyir” və onun bu sözləri Kəlbəcər camaatı arasında az qala lağlağıya çevrilib.
Bütün bunlar azmış kimi, icra başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyeva əlbir olaraq, Qarabağ qazisi Rüstəm Süleymanovun öz əvvəlki işinə bərpa olunmasına imkan vermirlər.
Qazi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən xahiş edir ki, ona kömək etsin.
Sözün qısası, 1 ildən artıqdır ki, Kəlbəcərin icra başçısı olan Azər Qocayevin “istifadə müddəti” başa çatıb.
Yəqin ki, möhtərəm ölkə başçısı kəlbəcərlilərin narazılığını nəzərə alıb, konkret addımlar atacaq.
Axı, cənab Prezidentimiz dəfələrlə məmurlara deyib ki, təvazökar olun, xalqa yuxarıdan aşağı baxmayın.
Görünən odur ki, Azər Qocayev bu kriteriyalar heç uyğun gəlmir.
Get, özünə uyğun iş tap, cənab Qocayev. İcra başçısı olmaq sənlik deyil…
P.S. Sumqayıtdakı gecə barları, restoranlar və boz araq dil olub dillənir ki, bizimlə olan macəraları nə vaxt yazacaqsınız? //gundelik-baku.com//