Cəmiyyət

İsmayıllıda Qarabağ Qazisinə BİABIRÇI MÜNASİBƏT… – NARAZILIQ!

İsmayıllı rayon Quşence kənd sakini, İkinci Qarabağ qazisi Araz Bəşirov bildirir ki, müharibədən qayıdandan sonra əvvəllər işlədiyi UNİCO şirkəti onu işdən çıxardıb.

“Təxris olub gəldikdən sonra bir müddət işləyə bilmədim. Dincəlmək lazım idi, psixoloji problemlər var idi. Sonra getdim, mənə dedilər ki, sənin adın şirkətdən çıxarılıb, işləyə bilməzsən. Üç aylıq pulumu tələb elədim, dedilər sənin adın şirkətdən çıxarılıb sənə pul verilməyəcək”.

Qeyd edək ki, Araz Bəşirov İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. O, kəşfiyatçı olaraq Suqovuşan, Laçın, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı bir neçə dəfə yüngül yaralansa da, qospitala getmədən əsgər yoldaşları ilə birlikdə qəlpələri çıxarıb yenidən döyüşlərə qatılıb.

Şikayətçinin sözlərininə görə, işsizliyi ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, nəticəsi olmayıb. //gozetci.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir