Cəmiyyət Manşet

SABİRABAD RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI SİRAQƏDDİN CABBAROV NİYƏ HƏBS OLUNMUR ?

Alimpaşa və Vilyamdan əvvəl Siraqəddin Cabbarov həbsə alınmalı idi,lakin Siraqəddin Cabbarov hələdə azadlıqdadır.
Məhkəmələr əsas etibarı ilə cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində sanksiya tədbirləri seçərkən təqsirləndirilən şəxsin cəmiyyətdə qalmasını onun ətrafa və digər şəxslərə qarşı yeni törədə biləcəyi cinayətləri,cinayətin əhatə dairəsini,törədilmiş cinayətin hansı kataqoriyadan olmasını,cinayətin ağır və ya az ağır olmasını təqsirləndirilən şəxs azadlıqda qalarsa yeni cinayətləri bir daha törədib-törətməyəcəyini,cinayətin qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini,cinayətin qulluq mövqeyindən törədilməsini nəzərə alırlar.
Sabirabad rayon İH-başçısı Siraqəddin Cabbarov 13-ildən çoxdur ki, Saatlı və Sabirabad rayon İH-nın başçısı kimi demək mümkünsə fəaliyyət göstərir.O,əvvəlcə Saatlı rayon İH-da başçısı vəzifəsində işləmiş 2018-ci ildən isə Sabirabad rayon İH-nın başçısı vəzifəsinə “transfer” olunmuşdur.
Siraqəddin Cabbarov 10-ildən çox Saatlı rayon İH-başçısı vəzifəsində işləyərkən mütəşəkkil dəstə təşkil etməklə çoxsaylı cinayətlərə imza atmışdır,beləki Saatlı rayonunun ərazi icra nümayəndələrini,bələdiyyələrini,idarə rəhbərlərini vəzifə səlahiyyətlərindən istifadə etməklə yalançı forma 1-lər təşkil etdirməklə müxtəlif nazirlik və komitələrdəki tanışlarının vasitəsi ilə pul köçürmələri etdirmiş həmin pul vəsaitlərini səlahiyyətli şəxslərin vasitəsi ilə nağdlaşdıraraq özününküləşdirmişdir,bundan başqa ayrı-ayrı nazirlik,komitə,departament və ASC-lərin Saatlı rayonundakı filial və nüməyəndəliklərinin vasitəsi ilə Saatlı rayon üzrə maliyyə idarəsi ilə vəsaitləri qeyri-qanuni yollarla mənimsəmişdir.Bütün bunlarla yanaşı özəl sektor nümayəndələrindən və mmc-sahiblərindən xeyli və külli miqdarda rüşvət almağa nail olmuşdur,beləki dövlət ehtiyat qışlaq torpaqlarının uzun müddətli icarəyə verilməsi adı altında Qəniyev Alməmmədən 73-min manat,Əliyev Bahadur Səfiyar oğlundan 47-min manat Saatlı rayon Sarcalar kənd sakini Hüsiyev Bəxtiyardan 70-min manat o cümlədən Bakı şəhər sakinləri Tağıyeva Tamara və Aslanov Ramiqdən 117-min manat Nehrəmli Hacı İbrahim İbrahimovdan 205-min manat köməkçisi Zaur Əbilov və müavini Reyhan Ocaqova vasitəsi ilə pul vəsaitlərini qeyri-qanuni yolla almaqla torpaq müqaviləsi bağlanmasına və sərəncam verəcəyinə vəd vermişdir.Bundan başqa ona rüşvət verməyə etiraz edən bir neçə iş adamı barəsində cəza tətbiq etdirməyə və onların ticarət və iaişə obyektlərini sökdürməyə nail olmuşdur.
2013-cü ildə Saatlı şəhər sakini Ağavəli adlı iş adamının “inkibator” sexini qapatmasından sonra Ağavəli ürək sancmasından vəfat etmiş və Eyvaz adlı şəxsin barəsində isə Siraqəddin Cabbarov Azərbaycan Respublikası CM-nın 147 və 215-ci maddələri ilə cinayət təqibinin başlanmasına nail olmuşdur.Əhalinin həssas təbəqəsinə dövlət tərəfindən ayrılan yardımlarla yanaşı məşğulluq mərkəzlərində ölü canlardan ibarət işçilər yaradaraq köməkçisi Zaurun vasitəsi ilə 200-min manatdan yuxarı dövlət vəsaitini ələ keçirmişdir
Siraqəddin Cabbarovun ardı-arası kəsilməyən cinayətləri daha da inkişaf etmiş Saatlı rayonunun ərazi icra nüməyəndəliklərinə hər ay əmək haqqından əlavə mükafatlar yazmaqla həmin mükafatları nağd formada nüməyəndəlik işçilərindən alaraq təkrarən eyni əməlləri törətmişdir.
Siraqəddin Cabbarov Sabirabad rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra da silsilə qanunsuz hərəkətlərini davam etdirmişdir.
Bunu da qeyd etmək yerinə düşər ki,birinci Qarabağ müharibəsində istərsə də ikinci Qarabağ müharibəsində Şəhid olmuş,şəxslərin ailələrinə,qazilərə və müharibə veteranlarına öz aqressivliyi ilə Siraqəddin Cabbarov həmişə gündəmdə olmuşdur.Bir sözlə Siraqəddin Cabbarov xalqı iqtidardan və dövlətdən narazı salmaqda böyük rol oynamışdır.Bu yaxınlarda 10-larla Sabirabad rayon sakininin Siraqəddin Cabbarovdan ardı-arası kəsilməyən şikayətlərindən onun etik davranış kodeksini pozmasından sonra mən Siraqəddin Cabbarova rəsmən informasiya sorğusu ünvanladım lakin sorğuya cavab vermək əvəzində Siraqəddin Cabbarov Respublika prokorluğunda, DTX-da və DİN-də olan,yüksək vəzifə tutan qohum və tanışlarının vasitəsi ilə mənə hədə-qorxu ismarıcı verdi,bundan sonra mən aidiyyatı orqanlara Siraqəddin Cabbarovun hədə-qorxuları dövləti və iqtidarı gözdən salan hərəkətləri barədə şikayətlər etdim.
Dövlət orqanları Siraqəddin Cabbarovun 2015-ci ildən bəri Saatlı rayon İH-də başçı postunda təmsil olunduğu son illərin araşdırmasını aparmasını və Azərbaycan Respublikası cinayət məcəlləsinin 179.3.2
308.2 və 313-cü maddələri ilə 212026142-nömrəli cinayət işinin istintaqının aparılmasını bəyan edərək onun barəsində olan şikayətlərimi həmin işə əlavə etmələrini bildirdilər.
Siraqəddin Cabbarov Alimpaşa Məmmədovdan və Vilyam Hacıyevdən öncə həbsə alınmalı başçı olsa da onun yuxarı dairələrdə havadarlarının kifayət qədər olması onun həbsini bugünə kimi gecikdirmişdir.
Siraqəddin Cabbarovun Saatlı rayon İH-də başçı vəzifəsində işlədiyi dövrdə 650-milyon manata yaxın qanunsuz yollarla pul ələ keçirməsi Saatlılar tərəfindən dillər əzbərinə çevrilib.Əfsuslar olsun ki,Siraqəddin Cabbarov Sabirabad rayonunda da eyni hərəkətləri daha geniş miqyaslı həyata keçirməkdə davam etməkdədir.Saatlı suvarma sistemləri idarəsinin rəisi Rzayev Tahir və su təsərrüfatı və meliorasiya nazirliyinin meşəsalma departamentinin rəisi Xanhüseyn Hüseynov Siraqəddin Cabbarovun qanunsuz hərəkətlərində və dövlət əmlakını mənimsəməsində yaxından köməklik göstərmiş və birbaşa cinayətin iştirakçısı olmuşlar.
Saatlı rayon mərkəzi xəstəxanasının müdirəsi Səidə Şahpələngova Siraqəddin Cabarovla əlbir olmuş onun barəsində AR.CM.179-cu maddəsi ilə cinayət təqibi aparılmış,Səidə Şahpələngovaya və onun tabeçiliyində olan və bir neçə məntəqə rəhbərinə qarşı elan edilən ittiham üzrə iş Saatlı rayon məhkəməsinə göndərilmiş lakin vurulan maddi ziyanın ödənilməsi ilə bağlı cinayət törətmiş şəxslər barəsində həbslə bağlı olmayan cəza tətbiq edilmişdir.
Ən maraqlısı isə bundan ibarətdir ki,dövlət ittihamçısı həmin hökmlə protest verməmişdir.Hal-hazırda sadə dil,dövləti və iqtidarı sevən Saatlı və Sabirabadlılar böyük məmnunluqla Siraqəddin Cabbarov barəsində həbsin seçiləcəyi günü və anı gözləyirlər.Siraqəddin Cabbarov kimi qanunsuz əməllərə imza atan məmurlar düşünməlidirlər ki,Azərbycan Respublikasının İlham Heydər oğlu Əliyev kimi qüdrətli və uzaqgörən,rüşvətə düşmən olan Prezidenti,Kamran Əliyev kimi baş Prokroru və Vilayət Eyvazov kimi Daxili İşlər Naziri vardır.

İmza : Mürşüd Mirzəyev
Tereqqi.az


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir