Cəmiyyət

Dövlətin külli miqdarda pulunu yeyib, ortaya heç bir fəaliyyət qoymayan ASAP ifşa olundu – İTTİHAM

Deməli, dostlar, belə bir təşkilat var ölkədə. ASAP-Azerbaijani Students and Alumni Platform adlanır – Azərbaycan dilində açması, yəni xaricdə oxumuş azərbaycanlı tələbələrin təşkilatı deməkdir. Məqsəd xaricdə oxumuş azərbaycanlı tələbələri bir yerə toplamaq, onları təşkilatlandırmaq və Azərbaycanın milli hədəflərinə doğru aparmaqdır.

Özüm 5 il Rusiyanın ən nüfuzlu ali təhsil müəssisəsində oxumuşam – Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Hüququ fakültəsini bitirmişəm. Nə oxuduğum müddətdə, nə də bugünə qədər bu kimi təşkilatlardan bircə telefon zəngi də almamışam ki, bəs Əhməd bəy, siz xaricdə oxumusuz, gəlin birlikdə Azərbaycanımız üçün gözəl işlər görək.

Girib təşkilatın fəaliyyətinə baxıram – düz-əməlli bir layihə, xaricdə gündəm olacaq tədbir və ya aksiya keçirməyiblər, amma Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən külli miqdarda qrant layihələri alırlar. Bu pullar bizim dövlətin büdcəsindən çıxan pullardır axı. Pulu özünüz üçün xaricdə çay-kofe içməyə sərf eləməyiniz açıq korrupsiya və oğurluqdur.

44 günlük Qarabağ müharibəsində mən təkbaşına ASAP və onlarla belə təşkilatdan daha çox işlər görmüşəm və bununla qürur duyuram. Amma ASAP kimi təşkilatlar nə işə yarayır, başım çıxmır.
Bu təşkilata dəstək verən, ona pul ayıran şəxslərə və qurumlara səslənirəm: ASAP-ın bircə dənə güclü layihəsini göstərin mənə. Bunu xaricdə təhsil almış şəxs kimi soruşuram. Səhifənizdə paylaşılan gəncləri ölkədə heç kim tanımır. Azərbaycanda tanınmayan şəxslər xaricdə Azərbaycan üçün nə edə bilərlər axı?!

Nə qədər nazirlər dəyişdi, nə qədər fond rəhbərləri dəyişdi, amma nəticə dəyişmir. Hamı öz dost-tanışına dəstək verir, öz çevrəsini genişləndirir. Dost tanışları da ki bir iş bacarsalar, dərd yarı…

Əhməd ŞAHİDOV,

Azinforum.az

Dövlətin külli miqdarda pulunu yeyib, ortaya heç bir fəaliyyət qoymayan ASAP ifşa olundu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir