“Mən Qarabağ veteranıyam. Ağır diabetli şəkər xəstəsiyəm. Müharibə zamanı aldığım hərbi travma və yaralar səhhətimə öz təsirini göstərir. Bununla bağlı müxtəlif illərdə, müxtəlif xəstəxanalarda müalicə almışam. Xəstəliyimlə bağlı 01.02-2021-ci ildən 05.08-2021-ci il tarixə kimi Tərtər rayon Mərkəzi Xəstəxanasında bülletendə olmuşam və müalicə almışam. Bülletenimi təhsil işçisi olduğuma görə Gəncə şəhər 8 saylı Regional ƏMHM-ə təqdim etmişəm. Təəssüf ki, il yaxınlaşır, mənim bülletenimin heç bir ayı hesablanıb pulum verilməyib. Mən müalicə olunmağım üçün, götürdüyüm pulları ödəyə bilmirəm. İntihar etmək ərəfəsindəyəm, bezmişəm. Çünki 8 saylı Gəncə regional ƏMHM-in baş mühasibi, müdirin sağ əli İlhamə Muradova sənədin arasını boş gördüyü üçün bülletenimi vaxtında DSMF-yə göndərməyib ki, aparım hesabın verim ki, pulumu hesablasınlar. Belə ki, qəsdən və bilərəkdən müxtəlif səhvlər edilir ki, bülleten DSMF-də hesablanıb gəlməsin.
Bir sözlə əgər xidməti yoxlama aparılsa, onda məlum olacaq ki, məndən sonra bülletenə çıxan şəxslərin, bülletenləri hesablanaraq verilib. Onda sual olunur – Mənim bülletenim hansı qaranlıq kölgənin təzyiqinə və təsirinə düşüb ki, hesablanmır. Maddi imkanım da yoxdur ki, pul verəm.
Ona görə də şikayətimə tədbir görən olmadığı üçün, xahiş edirəm ərizəmin təsviri hissəsində göstərdiyim xüsusiatlar araşdırılaraq süründürməçilik edən bu şəxslərin barəsində qanuni tədbir görməklə pulumun hesablanıb verilməsinə köməkdarlıq edəsiz”.
Bu müraciəti ölkə rəhbərliyinə və Baş Prokurorluğun ünvanına vətəndaş Qismət Allahverdiyev ünvanlayıb. İnanırıq ki, yazılanlara aydınlıq gətiriləcək, müraciət müəllifinin Azərbaycan Respublikası Əmək Məcəlləsilə nəzərdə tutulan hüquqları bərpa ediləcək.
Şikayətə dair adıkeçən qurumun da mövqeyini almağa və dərc etməyə çalışacağıq…
Demokratik.Az