Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirakı çərçivəsində tədbir iştirakçıları və şuşalılarla səmimi söhbət edib.
Dövlət başçısı ilə olan dialoqu təqdim edirik:
Qadın: Xoş gördük.
Prezident İlham Əliyev: Mən sizi dəvət etmişəm.
Qadın: Allah Sizə cansağlığı versin.
Qadınlar: Çox təşəkkür edirik. Allah Sizdən razı olsun. Allah Sizə cansağlığı versin. Allah Sizi qorusun. Biz öz Prezidentimizlə fəxr edirik. Mehriban xanıma təşəkkür edirik. Görülən bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizin uzaqgörən siyasətinizin nəticəsində biz bu gün buradayıq.
Prezident İlham Əliyev: Sağ olun, qayıtmışıq.
Qadın: Təşəkkür edirik. Çox fəxr, qürur hissi ilə gəlmişik.
Prezident İlham Əliyev: Əbədi yaşayacağıq.
İştirakçılar: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Tezliklə Şuşaya qayıdacaqsınız.
İştirakçılar: Sağ olun, var olun, cənab Prezident.
Qadın: Biz mədəniyyət işçiləriyik, Mərkəzi Kitabxana Sisteminin direktoruyam, böyük bir qadın kollektivində işləyirik. Onların hamısının salamı var. Bizim mədəniyyət müəssisələri Sizin sayənizdə Bakıda köçkünlüyün nə olduğunu bilmədi.
Kişi: Otuz il o müəssisələri Bakıda yaşatdıq, əmanət kimi qaytardıq. Cənab Prezident, Siz Azərbaycanın şöhrətinin sərhədlərini genişləndirdiniz. Sizə eşq olsun!
Prezident İlham Əliyev: Sağ olun.
Kişi: Mən Şuşadan yazıram. Bu, böyük bir qəhrəmanlıqdır. Həm ordunun, həm də şəxsən Sizin qəhrəmanlığınızdır.
Prezident İlham Əliyev: Sağ olun. Hələ tədbirlər bu gün, sabah davam edəcək.
Kişi: Xəzəllərə yarpaq verməz,
Haqsızlara haqq verməz. Yağılara torpaq verməz, Azərbaycan Prezidenti!
Prezident İlham Əliyev: Çox sağ olun. Mən fikirləşirəm ki, gələn il Poeziya günlərini beynəlxalq tədbir kimi keçirək.
Yazıçılar Birliyinin sədri Anar: İstəyirik ki, oktyabr ayında bizim qurultayı burada keçirək.
Prezident İlham Əliyev: Bəli, keçirin.
Anar: Xaricdən də qonaqlar olacaq.
Prezident İlham Əliyev: Yaxşı olar. Yer də var burada keçirmək üçün.
Anar: Çox yaxşı, çox sağ olun.
Qadın: Təşəkkür edirik, cənab Prezident. Bu möhtəşəm duyğuları bizə yaşatdınız. Hələ də inana bilmirik, əfsanədir hamımız üçün, cənab Prezident.
Xalq şairi Vahid Əziz: Cənab Prezident, mən Sizin dediyiniz tədbirdə iştirak edirdim. Onda Mərkəzi Komitədə idim, burada dayanmışdım. Siz deyəndə ki, ata vəsiyyətinə əməl etdim, mən kövrəldim. Ona bir şeir də yazmışam, çap etdirəcəyəm.
Anar: Üzeyir Musiqi günlərində mən də gəlmişdim, Ulu Öndərlə.
Prezident İlham Əliyev: Üzeyir Hacıbəylinin abidəsini də dağıtmışdılar. Heç yeri də qalmamışdı. Dünən onun açılışını etdik, gedib baxarsınız. Vaqifin büstünün yerində isə balaca daxma tipli bir dükan açmışdılar.
AzTV-nin əməkdaşı: İlk açılışda mən də iştirak etmişəm, Azərbaycan Televiziyasının nümayəndəsi kimi. Reportajı mən hazırlamışam.
Prezident İlham Əliyev: O vaxt iştirak edənləri mən dəvət etmişəm.
AzTV-nin əməkdaşı: Bəli, bizi də elə ona görə təşəkkür edirik.
Kişi: Məni də dəvət etmişdilər. Orada bir bənd şeir oxudum.
Prezident İlham Əliyev: Qışda, yoxsa yayda.
Kişi: Həm qışda, həm də yayda. Poeziya günlərinin açılışında da Ulu Öndərimizdən xahiş etdim. Çox sağ olun. Allah Sizi qorusun, cənab Prezident.
İştirakçılar: Sağ olun, cənab Prezident. Çox minnətdarıq.
Prezident İlham Əliyev: Salam. Necəsiniz? Qazax eli necədir?
Kişi: Heydər Əliyev Fondunun dəvətini alan kimi Qazaxdan qaça-qaça gəlmişəm və bir şeir deyəcəyəm:
Kişi kişiliyi yaşadar canda, Tarixdə kişilər qəhrəman olur. Ocağın başında kişi duranda, Torpağı qorumaq çox asan olur. Yaşayın, var olun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əhməd müəllim də iştirak edir. O vaxt sizi xüsusilə dəvət etmişdim. Yadınızdadır?
Əhməd Əhmədzadə: Bəli, qış idi. Qar plitə-plitə tökürdü.
Gənc qız: Cənab Prezident, biz də gənclərin adından Sizə təşəkkür edirik. Gənc yazarların adından. Mən Qarabağın işğalı ilə yaşıd idim. Amma indi sevinirəm ki, artıq o işğaldan böyüyəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox gözəl, çox sağ olun.
İştirakçılar: Çox sağ olun. Çox minnətdarıq.