Month: Avqust 2021

Baş nazirdən Təhsil nazirliyi ilə bağlı QƏRAR

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edilib. Dəyişikliyə əsasən kollegiyanın tərkibi 9 nəfər olacaq. İndiyə qədər kollegiya 7 nəfərdən ibarət idi.

Abşeronda tələbə intihar etdi

Abşeron rayonunda intihar hadisəsi baş verib. Hadisə Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan birinci kurs tələbəsi F.Allahverdiyev özünü yaşadığı evin həyətində üzüm talvarından asıb. Faktla bağlı araşdırma aparılır. // “Report”

Azərbaycanda son sutkada 27 nəfər koronavirusdan öldü – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 27 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin…