Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə mallarının satınalınması üçün tender elan edib.
TİA.Az-ın xəbərinə görə, müsabiqədə “A4 GROUP” MMC qalib olub. Buna görə şirkətin hesabına 84 894.63 manat köçürülüb.
AMEA-nın müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə malları deyərkən nəyi nəzərdə tutduğu açıq şəkildə anlaşılmır. Akademiyanın bir “qocalar evi”nə çevrildiyi, heç bir islahat getmədiyi hər kəsə məlumdur.
AMEA Prezidenti Ramiz Mehdiyevin bura rəhbər təyin olunması da məhz ondan xəbər verir ki, akademiyaya ikinci dərəcəli yer kimi baxılır. A4 GROUP” MMC adlı firmanın varlığı belə bilinmir. İnternet resurslarında bu adda şirkət çıxmır. Onun fəaliyyəti, qeydiyyatda olduğu ünvan göstərilmir.