Son illərdə Penitensiar Xidmət sahəsində xeyli ciddi islahatlar həyata keçirilib.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkumların hüquqlarının qorunmasına diqqətlə yanaşılır, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xeyli sayda məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin göstəricisidir.
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması, alternativ cəzalara üstünlük verilməsi, ev dustaqlığı, bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi çox mütərəqqi addımlardır.
Cənab Prezidentin bu humanist siyasətinin həyata keçirilməsində, icra olunmasında cənab ədliyyə naziri Fikrət Məmmədovun və Penitensiar Xidmətin rəhbərliyinin də əməyi çoxdur.
Ancaq çox təəssüf ki, bəzi cəzaçəkmə müəssisəsinin, həbsxanaların rəhbərləri cənab Prezidentin bu çox vacib siyasətinin üzərinə kölgə salır, öz şəxsi maraqları üçün məhkumlara və onların ailələrinə problem yaradırlar.
Belə həbsxana rəhbərlərindən biri də 10 saylı Cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovdur.
Loru dildə desək, bu adamın elə bil doğulanda göbəyini rüşvətlə kəsiblər.
Bu adam dustaqlardan rüşvət almaq üçün ən axırıncı yola gedir, dustaqlara “torba” tikir, müxtəlif çirkin üsullarla məhkumlardan pul toplayır.
10 saylı “kalon”un rəis müavini olan Emin Cəfərov rüşvət və korrupsiya yolu ilə milyonlar qazanıb.
Görəsən, bu rüşvətxor rəis müavininə “krışa”lıq edən, himayədarlıq edən, onu müdafiə edən hansı vəzifəli şəxsdir ?
Yəni bu adam heç nədən çəkinmədən ölkə qanunlarını, hətta yazılmamış qaydaları ayaq altına atıb tapdalayır.
Bu adam özü üçün həbsxanada az qala lüks şəraiti olan istirahət mərkəzi yaradıb, kabinetini xidməti otaqdan çox istirahət məkanına çevirib.
Bu adamdan soruşmaq lazımdır ki, istirahət otağında üstündə uzandığı bahalı divanı kimin əlindən tutub alıb. Bəlkə, Ramazanı rəis Emin Cəfərovun yadına salaq.
Bir sözlə, Emin Cəfərovun məhkumların üzərində törətdiyi əməllər, heç bir qanuna, insanlıq normalarına sığmır.
Onun bu rüsvayçı hərəkətləri Penitensiar Xidmətin rəhbərliyinin, konkret olaraq Ədliyyə naziri cənab Fikrət Məmmədovun müsbət fəaliyyətinə qara ləkədir.
Bizcə, bu qara ləkəni silməyin zamanı çoxdan çatıb. //gundelik-baku.com//