Şəhər QAİSİ Nahid Bağırov BAKIDA ”at oynadır” ?- Vaqif Əsədov,Rəşid Piriyev buna şərait yaradır ?
Azərbaycan dövləti 44 günə Qarabağ problemini həll etdi…
QAİ problemini həll edə bilməyəcək ?
Yenə Rəşid Piriyevlər, Vaqif Əsədovlar, Nahid Bağırovlar at oynadacaq ?
Azərbaycan dövləti az qala “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini 44 günə həll etdi və dünyanı fakt qarşısında qoydu.
Yəni sözümüzün canı odur ki, dövlətimiz lazım gələn anda ən ağır problemi həll etməyi bacarır.
Bəs uzun illərdir vətəndaşlarımızı bezdirən, hətta dövlətdən narazı salan QAİ problemini həll etmək nə müşkül məsələdir ki?
Axı, bu problem hələ mərhum Ulu Öndərin zamanından dəfələrlə qeyd olunsa da şəhər QAİ-sinin rəhbərliyi nəticə çıxartmır.
Bunu açıq yazmaq lazımdır, gizlətmək lazım deyil.
Bəli, vətəndaşları dövlətdən narazı salan 1 nömrəli qurum Bakı Şəhər Dövlət Yol Polis İdarəsidir ( BŞDYP).
Qurumun rəisi Nuşirəvan Səfərov olandan da belə idi, indi də belədir, yəni problem həll olunmadı.
İndi isə şəhər QAİ-sinin yeni rəisi Qarabağ veteranı Rəşid Piriyevdir. Yenə heç nə dəyişmir.
Yuxarıda əbəs yerə yazmadıq ki, bu qurum Qordi düyünü kimi dibindən kəsilib atılmalıdır. Vəssəlam. Başqa yolu yoxdur.
Çünki bir qurumun sıravi əməkdaşı Nahid Bağırov ( 99-YP-363 nömrəli, 1676 döş nişanlı ) kimilər paytaxtın yollarında at oynadırsa, deməli, başqa yolu yoxdur. Ancaq bu qurum ləğv olunmalıdır ki, sürücülər rahat nəfəs alsın.
Nahid Bağırov kimilərə də şərait yaradan Rəşid Piriyevlərdir.
Nahid Bağırov kimiləri təkcə ”rüşvət” almaqla deyil, həm də milli-mənəvi dəyərlərimizə zidd olan hərəkətlər edir, qadın sürücülərə qarşı nəzakətsilik edir, hər oyundan çıxırlar.
Əgər Rəşid Piriyev Nahid kimilərdən nəsə almasa, Nahid qorxusundan belə hərəkətlər etməz.
Çünki Nahidlər “krışa”larına arxayın olduğu üçün sürücülərə, get, hara əlin çatır şikayət elə deyirlər.
Bəli, açıq demək lazımdır ki, BŞDYPİ-nin rəhbərliyi öz əməkdaşlarını yollara salıblar ki, axşama kimi gətirsinlər.
Onlar da özlərini ora-bura vurub axşam çatdırmalıdırlar.
Bu məsələlərdə qurumun sözçüsü Vaqif Əsədov da “az aşın duzu deyil”.
Vaqif Əsədov QAİ ilə bağlı problemli yazıları mediadan sildirmək üçün özünü hansı hala salmır ?
Yəni imkan vermir ki, yazılar ictimailəşsin.
Vaqif Əsədovun özünün bahalı villasının şəkilləri yayılanda necə yalvarıb təmizlədirdi bilirik.
Vaqif Əsədovdab soruşan yoxdur ki, maaşla o boyda villanı necə tikdirmisən ?
Deməli, sən də yığılanlara şəriksən.
Sözün qısası, BSDYPİ-ni kor bağırsaq kimi kəsib atmaq lazımdır.
P.S. Gör şəhər QAİ-si nə qədər həddini aşıbsa, heç bir qanun pozuntusu olmadan Çevik Polisin əməkdaşına protokol tərtib edib. Sözün bitdiyi yer.
Gundelik-baku.com