Manşet

“Belə çıxır ki, 18 milyonu o tək mənimsəyib?” – Vüqar Səfərlinin vəkilindən İLGİNC AÇIQLAMALAR

Hazırda həbsdə olan, ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin vəkili Siracəddin Kərimov Azinforum.az-a eksklüziv müsahibə verib. Vəkil müsahibədə çox maraqlı detallara toxunub. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs nə istintaq dönəmində, nə də məhkəmə iclasında nəinki Əli Həsənovun, ümumiyyətlə heç bir üçüncü şəxsin adını çəkməyib və onların şahid kimi dindirilməsini tələb etməyib.

Vəkil həmçinin qeyd edib ki, Vüqar Səfərli elan olunan ittiham üzrə özünü tam yox, qismən təqsirli bilir. Vəkil bildirib ki, hətta Vüqar Səfərlinin özünü təqsirli bildiyi epizodlar üzrə belə o tək məsuliyyət daşımır. Bunu onunla əsaslandırıb ki, KİVDF-də bütün qərarlar 9 nəfər Prezident tərəfindən təyin edilən Müşahidə Şurasında kollegial qaydada qəbul edilib.

Vəkil narazılıq ifadə edir ki, həmin 9 nəfərdən heç birinin istintaqda ifadəsi alınmayıb. Bir sözlə, maraqlı detalların toxunulduğu müsahibədir. Vəkilin müsahibəsindən bu qənaətə gəlmək olar ki, Vüqar Səfərlinin məhkəməsində çox gərgin anlar yaşanacaq.

Dia.az həmin müsahibəni audioyazı formatında təqdim edir:
[media=https://youtu.be/wY2YhmvDGtM]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir