Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Zirveyolu.info-ın oxu.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Vəliyev vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə H. Vəliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.