Manşet

“Bildirildi ki, büdcəmizdə pul yoxdur…” – NARAZILIQ!

Vətən müharibəsi iştirakçısı, Sabunçu rayon sakini, 2001-ci il təvəllüdlü Cəfərov İsa Nizami oğlu Dövlət Sığorta Şirkətindən narazıdır.

Bu barədə “Qafqazinfo”ya müraciət edən İ. Cəfərov bildirib ki, Dövlət Sığorta şirkəti tərəfindən ona müharibədə sağ əlindən yaralandığı üçün sığorta pulu ödənilməlidir: “Sənədlərimi ötən ayın 10-dan onlara təqdim etmişəm və sistemə oturub. Təqribən 2750 manat sığorta pulu almalıyam. Dövlət Sığorta Şirkəti tərəfindən bildirildi ki, büdcəmizdə pul yoxdur, ona görə ödəyə bilmərik”.

"Bildirildi ki, büdcəmizdə pul yoxdur..." - NARAZILIQ!

İ. Cəfərov qeyd edib ki, ötən ilin oktyabrında Zəngilan döyüşlərində sağ əlindən qumbara partlaması nəticəsində qəlpə yarası alıb: “4 ay Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında yatmışam. “Zəngilanın azad edilməsi uğrunda” medalı ilə təltif edilmişəm”.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Sığorta Şirkətinə müraciət edib. Sorğumuza cavab olaraq bildirilib ki, İ. Cəfərovun yaralanması ilə bağlı 2021- ci il yanvarın 25-də Dövlət Sərhəd Xidmətinin hərbi hissəsindən onlara göndəriş daxil edilib: “Biz 2020-ci ildə Vətən müharibəsi zamanı yaralanmış hərbçilərin sığorta ödənişini həyata keçirmişik. Ancaq bu şəxsin müraciəti 2021-ci ilə aiddir. 2021-ci il üzrə də Dövlət Sərhəd Xidməti tərəfindən bizə sığorta ödənişi həyata keçirilməyib. Biz bu barədə aidiyyəti qurumlara məktubla müraciət etmişik. Bizə sığorta ödənişi həyata keçirildikdən sonra İsa Cəfərovun da kompensasiyası köçürüləcək”.

Vətən müharibəsi iştirakçısının müraciəti ilə bağlı Dövlət Sərhəd Xidmətinə də sorğu ünvanlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir