TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun istefa verməsinə münasibət bildirib.
B. Bayramlı qaynarinfo-ya müsahibəsində oğlu ilə olan söhbəti də xatırladıb: “Dedim, nəyə görə istefa verdin? Dedi, “Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkələnməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım.
Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın”.