Cəmiyyət

Ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək….? Muxtar Babayev yoxsa Şahin Əliyev (FOTO+VİDEO)

Etibar edilib vəzifəyə təyin olunmuş məmurlar çox keçmir ki, öz tutduqları vəzifəyə biznes mənbəyi kimi baxırlar. Sanki kimlərinsə qarşısında öhdəlik götürmüş kimi görünürlər. Hansısa maraqlardan çıxış edərək özləri lazım olan əlverişli şəraiti təşkil edirlər.

Xeberfakt.az xəbər verir ki, artıq xeyli vaxtdır Göyçay üzrə ekologiya ilə bağlı zidiyyətli xəbərlər gəlməkdədir. Təqdim edəcəyimiz görüntülərdən də göründüyü kimi, artıq faktlar göz qabağındadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Mingəçevir Regional İdarəsinin tabeliyində olan ərazilərdə meşələr, dağlıq ərazilər talan edilir və ekoloji nəzarət yox dərəcəsindədir. Məsul şəxslərin səhlənkarlığından, bəlkədə hansısa “maraqlarından irəli gələn səbəblər”dən ekologiyanın talan edilməsi məqsədli şəkildə aparılır.

Həmin video Göyçay şəhərinin Qarabaqqal kəndi ərazisində yerləşən dağlıq ərazidə çəklib.Əldə etdiyimiz məlumata görə, dağlıq ərazi qanunsuz olaraq qazılaraq, Türklərə məxsus kərpic zavoda daşınır. Bu ərazidə aparılan qanunsuz qazıntılara görə, bir neçə ay əvvəl 3 nəfər həbs edilib. Bu həbslərdən heç bir nəticə çıxarmayan “məmurlar” yenə də “öz bildikləri“ni etməkdə davam edirlər.


Göyçay ərazisində çəkilişimizi bitirib, qayıtdığımız zaman Ağdaş rayonu ərazisində yerləşən “Cənnət bağı” kafesinin girişində qanunsuz 3 ədəd şam ağacının kəsildiyini müşahidə etdik.


Daha maraqlı faktla Ağdaş rayonunun Zeynəddin kəndində yerləşən “Zibillik” ərazidə qarşılaşdıq. Beləki, Ağdaş Mərkəzi Xəstəxanasında COVİD-19 xəstələrinə vurulan dərman preparatlarının qalıqları həmin zibillik olan ərazidə yandırılır. COVİD-19 xəstələri üçün istifadə olunan dərmanların yandırılmasına görə əraziyə 2 ədəd xüsusi peçlər quraşdırılsa da, məsul şəxslər bu peçlərdən istifadə etmir, əksinə həmin istifadə olunmuş dərmanları digər yerlərdə yandırırlar. Bu da hava yolu ilə bütün dünyanı cənginə alan COVİD-19 xəstəliyinin mənbəyinə çevrilir, eyni zamanda ekologiyaya ciddi ziyan vurur.



Görəsən aidiyyatı qurumlar, bu məsələlərə cavabdeh məsul şəxslər hara baxırlar?

ETSN-in 8 saylı Mingəçevir Regional İdarəsinin əməkdaşları yalnız Ağdaş rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yeşik sexləri“nə “baş çəkməyi” yaxşı bilirlər.

Öz qanunsuz əməlləri ilə dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan, bütün sahibkarlara özünü ETSN-nin rəisi Muxtar Babayevin adamı kimi təqdim edən, ETSN-in 8 saylı Mingəçevir Regional İdarəsinin rəisi Şahin Əliyev bu faktların qarşısında hansı arqumentləri gətirəcək?

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev əməkdaşı olan Şahin Əliyev barəsində ciddi tədbir görəcək….

Mövzuya yenidən qayıdacağıq….

Xeberfakt.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir