Beyləqanda icra başçısı ilə qazilər arasında qarşıdurma: Qazilər icra başçısını ərazidən qovdular – ETİRAZ
Beyləqanda bir qurup qazı dəfələrlə icra başçısının qəbulunda oluduqalarını, ondan rayon ərazisində 15-20 kv metr obyekt tikmək üçün torpaq sahəsinin ayrılmasını istədiklərini deyirlər. Onlar bildirirlər ki, hər dəfəsində icra başçısı onlara söz verib aldadır: “Biz hər dəfə icra başçısının qəbuluna girib ondan 15-20 kv.metr torpaq sahəsinin ayrılmasını istəyirik. Onu da icra başçısı bizə çox görür. İşğalda olan 17 min kv. km ərazilərimizi düşməndən azad etmişik, ancaq icra başçısından 15-20 kv.metr torpaq ayırmasına nail ola bilmirik”.
Qazilərə bildirirlər ki, indi də Beyləqan – Daşburun avtomobil yolunun sol tərəfində boş torpaq sahəsinə daş töküb özümüz üçün nəsə bir iş görmək istəyirik, ona da icra başçısı imkan vermir. Deyilənlərə görə, icra başçsı həmin ərazini başqa bir imkanlı şəxsə satıb. Ona görə də imkan vermir ki, orda nəsə tikib balalarımızı saxlayaq. Aldığımız penisiyanıda müalicələrimizə sərf edək.
RealMedia.az xəbər verir ki, icra başçısı həmin əraziyə gələrək işin dayandırılmasını və bünövrə yerlərinin doldurulmasına göstəriş verib.
İcra başçısının bu təpkisindən sonra qazilərlə başçı arasında mübahisə yaranıb. Və qazilər icra başçısını həmin ərazidən qovublar.
Qazilərin verdiyi məlumata görə, artıq bir qurup qazi Prezident İlham Əliyevə müraciət ediblər. Onlar bildirirlər ki, ortada ölüm də olsa onlar həmin ərazidə başladqıları işi bitirəcəklər.
P.S. Asif Ağayevin nəzərinə: Bəzi vəzifəli məmurların, eləcə də icra başçılarının övladları tuman altında qaçıb gizlənərək, bir xalq olaraq bizə, elə sizə də, Qarabağ müjdəsini yaşadan şəhid və qazilərimiz oldu. Ona görə də onların bu torpaq üzərində haqqı bizlərdə, (səndən və məndən də) daha çoxdur. Necə ki, torpaq uğurunda gözlərini qırpmadan canlarından belə keçdilər.
Həmin vaxtı siz öz (özəlləşdirdiyiniz) kabnetinizdə oturub, özünüzü Beyləqana atılan düşmənin “Smerc” raketindən gizlədirdiniz. Hansı ki, həmin vaxt indi bəyənmədiyiniz, bu qazilərimiz güllə – boranın altında, ölüm dirim savaşında işğaldakı torpaqlarımızın azadlığı uğurunda can verib qan tökürdülər.