Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 44 günlük müharibə ilə bağlı fikirlərini bölüşüb.
Zirveyolu.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının onun üçün gözlənilməz olduğunu etiraf edib.
“Ermənistan dövlət strukturlarının mənə 2020-ci il 25 sentybar tarixinə qədər mənə təqdim etdikləri hesabatlarda müharibənin başlanma ehtimalı cüzi dəyərləndirilirdi”-deyə baş nazir Nikol Paşinyan iclasda deyib.
Xatırladaq ki, düşmən təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan Qarabağda “Dəmir yumruq” əməliyyatına başlayıb.