Manşet

“İndi hansı zamandır ki, rüşvət alınsın?” – DİN-dən AÇIQLAMA

Bakıda vətəndaş polisin ondan rüşvət aldığını iddia edib.

Lent.az-ın məlumatına görə, bu barədə Əlihüseyn adlı şəxs internet kanallarından birinə şikayət edib. O bildirib ki, küçə ticarəti ilə məşğul olur və bunun qarşısını almaq istəyən Xətai rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov ondan 600 manat pul istəyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev iddiaları təkzib edib:

“Həmin vətəndaşla profilaktiki söhbətlər aparılıb. Ona bildirilib ki, hərəkətin intensiv olduğu yerlərdə satışla məşğul olub. Lakin o, xəbərdarlıqlara məhəl qoymayaraq, polis əməkdaşları barəsində əsassız iddialar irəli sürüb. Həmin şəxsə dəfələrlə satış həyata keçirməsi üçün ünvanlar təklif olunub. Amma o, bu təklifləri eşitməyib. Qanunvericiliyə əsasən, küçə ticarəti ilə məşğul olmaq olmaz. Bu gigiyenik cəhətdən də düzgün deyil. Vətəndaş istənilən yerdə satış etmək üçün yerli icra hakimiyyətində aidiyyəti şöbədən lisenziya almalıdır. Polisin həmin vətəndaşdan rüşvət alması iddiası doğru deyil. İndi hansı zamandır ki, rüşvət alınsın?

Vətəndaşlardan küçə ticarətini nəqliyyatın sıx olduğu yerlərdə aparılması qadağandır. Xahiş edirik insanlar bu qaydalara əməl etsinlər. Polis hər küçəyə bir əməkdaş qoyub nəzarət aparmalı deyil”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir