Lerik rayonundan bir müəllim Azinfo.tv-yə başına gələnləri həm audio,həm də video vasitəsilə belə nəql edir.
Mən Kazımov Əmənulla Eyni oğlu 1958-ci il təvəllüdlü ali təhsilli müəlliməm.Lerik rayonu Babakücə kəndində anadan olmuşam.Daim dövlətimiz üçün layiqli vətəndaş,yararlı ziyalı olmuşam.Ömrüm boyu ehtiyacı olanlara bacardığım köməyi etməklə şəxsi nümunə göstərmişəm.Mənim vaxtı ilə dərs dediyim şagirdlərim indi polisdə,prokurorluqda və sair dövlət qurumlarında işləyirlər.Mən hazırda Lerik rayonunun Qaladin kəndində yaşayıram.
Görün biz nə günə qalmışıq ki,təbiətimizi qorumağı Nazir Orucov kimilərə tapşırıblar. Nazir Orucovun hər hansı təhsili, hətta ibtidai təhsili belə yoxdur.Sadəcə Piran kənd səkkiz illik kənd orta məktəbini zorla qurtarıb.Bu adam oxuduğu zaman hər hansı bir fəndən 4 ya 5 qiyməti almayıb.
Mən qış üçün odun tədarük etmək məqsədilə yaxınlığında yerləşən meşədə yıxılmış ağacı dograyaraq evimə aparmaq üçün hazırlamışdım.Ancaq Nazir Orucov 16 nəfər quldur dəstəsi ilə mənim odunumu yığıb idarənin həyətinə aparıblar və bu azmış kimi üstümə xeyli polislə gəliblər.Bu adamın məqsədi məni hörmətdən salmaq olub.Nazir Orucovun ətrafında olan quldur dəstəsi gecə-gündüz Lerik mesələrini doğrayaraq Masallı və sair yerlərdə olan mebel sexlərinə satmaqdır.Bu cür oğrulara təbiəti etibar etmək olar?
Bizim rayonda əhalinin 35% qışda qaz olmadığından odun istifadə edir.Ancaq Nazir Orucov mənə zor tətbiq edərək odunu əlimdən aldı.Mən meşədə yalnız yıxılmış ağacları kəsərək odun üçün tədarük edirəm.Ancaq Nazir Orucov ayaq üstə olan sağlam ağacları kəsərək mebel sexlərinə satır.Qoy bunu bütün ölkə ziyalıları görsün ki, Lerikdə bir maşın oduna görə uzun illərin müəllimini döyərək təhqir edirlər.Hansı ki,mən Lerik meşə inkişafı mərkəzinin müdirindən icazə də almışdım.Nazir Orucov heç kimi eşitmək istəmir.
Mən ETSN naziri Muxtar Babayevə, meşələrin inkişafı xidməti departamentinin rəisi Namik Xıdırova müraciət edərək,tam məsuliyyətlə deyirəm ki, Nazır Orucovun hər hansı bir diplomu yoxdur.Namik Xıdırov, bilmirəm siz müəllimsiniz,aqranomsunuz, baytarsınız,ancaq mən ali təhsilli pedaqoqam.Belə adamı niyə vəzifədə saxlayırsınız?Bu adam bir cümlə belə yaza bilmir.Bu adam uşaqlıqdan meşə alverçisidir.Bu adam qumarbazdır.Bu adam mənə qarşı zor işlətdi,məni təhqir etdi.Şəxsi ləyaqəti olmayan birisi bu boyda məsuliyyəti necə dərk edə bilər?
Mən hər ay Namik Xıdırovun ünvanına 7-8 teleqram göndərirəm.Mən tələb edirəm ki,Namik Xıdırov Masallı bazarından əl çəkin.Nazir Orucov deyir ki,Namik Xıdırovun göstərişidir.Yəni Namik Xıdırov da meşələrin qırılmasında iştirak edən quldurlarla əlbirdir.
Hara baxırsan,cənab Muxtar Babayev?
Namik Xıdırov,əl çəkin bu mundar işlərdən.Təbiətin ən böyük düşməni sizsiniz.Sizin təyin etdiyiniz meşəbəyilər,gözətçilər meşələri doğrayıb satırlar.Soruşanda deyirlər ki,pulu Namik Xıdırova göndəririk.Nazir Orucov daşıdığı vəzifəyə layiq deyil.Eşidirsiniz Namik Xıdırov,siz Azərbaycan dövlətinə, prezidentinə qarşı fəaliyyət göstərirsiniz.Mən prezidentin qəbuluna yazılacağam.Bu qədər meşələri satıb pulu kimə verirsiniz?
Qeyd edək ki,biz bilən Nazir Orucov barəsində 3 dəfə daxili işlər nazirliyinin qaynar xəttinə şikayət olunub.Xatırladırıq ki,bir müddət əvvəl Razvandoband Meşəbəyliyindəki meşə dolaylarında baş vermiş meşə qırıntıları ilə bağlı ərazidə olan jurnalist İbrahim Qarabağlı da Nazir Orucov tərəfindən döyülərək xəsarət almış və təhqir olunmuş, hətta onun xəsarətlərini ekspert rəyi də təsdiq edir.Eyni zamanda Nazır Orucov jurnalisti ölümlə hədələmişdir.Ancaq bu günə kimi Lerik rayon polisi,prokurorluğu,eyni zamanda ekologiya və təbii sərvətlər nazirliyi tədbir görmək əvəzinə, əksinə Nazir Orucovun mənafeyinə xidmət edir.Bunu başa düşmək olmur.
Hətta regional meşə inkişafı mərkəzinin yeni rəisi də Nazir Orucov barəsində nazirliyə təqdimat yazmışdır.Ancaq nazirlik hər addımda Nazir Orucovun mövqeyini müdafiə edir.Çünki Namik Xıdırov Nazir Orucov vasitəsilə hər ay yüz minlərlə manat pul qazanır.
Yeri gəlmişkən Lerikdə Haftoni ərazisində yerləşən meşəliklərin kütləvi şəkildə qırılması və beta tea çay şirkəti üçün verilməsi işi də Namik Xıdırov tərəfindən kordinasiya edilmişdir.
Fikir verin yuxarıda qeyd olunan müəllim öz yaşadığı ərazidə qış mövsümündə istifadə etmək üçün bir maşın çürümüş odun tədarük etdiyinə görə döyülür, təhqir olunur və odunu əlindən alınır.Hətta üstünə xeyli sayda polis göndərilir.Bu ədalətdir,bu hansı insanlığa sığan hərəkətdir?Bəs adam nə etməli,qış üçün tədarükü hardan,necə etməlidir?
Ancaq nədənsə həmin meşələr gecə-gündüz qırılaraq satılması üçün sexlərə daşınır, bunu da polis, prokurorluq və Namik Xıdırov görməməzlikdən gəlirlər.Bu onu deməyə əsas verir ki, ölkə ərazisində qırılaraq məhv olunan meşələrin satılması nəticəsində əldə olunan gəliri nazir Muxtar Babayev,müavinləri və Namik Xıdırov,yerdə qalanı isə bölgələrdə Nazir Orucov və sair kimilər bölüşürlər.Görün nə qədər arxayınçılıq var ki,Nazir Orucov deyir ki,Lerik rayon prokurorunun böyük köməkçisi Şirxan müəllim mənim dostumdur və şikayətçilər jurnalist İbrahim Qarabağlı daxil olmaqla hamını otağından qovub.Nazir Orucov məlumdur meşə mafiyasının üzvü və şəxsən nazir Muxtar Babayevin ortağıdır.Ancaq qanunların aliliyinə nəzarət funksiyasını həyata keçirən prokurorluğun bu susqunluğunu başa düşmək çətindir.Ya prokurorluq aciz durumdadır.Ya da adıçəkilən şəxslərdən rüşvət aldığı üçün tədbir görülmür.
Araşdırmalarımız davam edir.Bu kimi yazılarda nazirliyin sabiq məxfi şöbəsinin rəisi Elman Qurbanovun adı da hallanırdı, bu günlərdə adam vəzifəsindən kənarlaşdırılıb.Ancaq görünən budur ki,Namik Xıdırov daha böyük fiqur və meşələrin qənimidir.Yaxın günlərdə Namik Xıdırovun bölgələrə,regional idarələrə təyin etdirdiyi qohumları və dostları barəsində geniş açıqlama verəcəyik.Bizi izləməyə davam edin.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//
[media=https://youtu.be/AP4H57V42IY]
[media=https://youtu.be/FJ4mas_d9L8]