Manşet

Ramin Bayramlı yenidən VƏZİFƏYƏ GƏTİRİLİR? – İDDİA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin keçmiş sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Səhiyyə Nazirliyində mühüm post tuta bilər.

“24 saat” xəbər verir ki, əslində, Ramin Bayramlının istefasının arxasında onunla bağlı yeni təyinat dayanır. Onun Azərbaycan Tibb Universitetindəki (ATU) vəzifəsindən istefa verməsi də bununla bağlıdır.

Məlumat üçün deyək ki, bu ayın əvvəlində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən istefa verən R. Bayramlı sentyabrın 24-də ATU-dakı işindən ayrılıb. Xəbər rəsmi şəkildə təsdiqini tapıb. ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, cənab Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb: “Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

Ramin Bayramlı ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyib. Onun Səhiyyə Nazirliyində yüksək post tutacağı barədə məlumatlarda bildirilir ki, bu təyinat yaxın vaxtlarda reallaşacaq.

Qeyd etdiyimiz kimi, Ramin Bayramlının nazir müavini vəzifəsinə təyin ediləcəyi iddia edilir. Bu təyinatdan sonra nəhayət ölkənin Səhiyyə naziri də bəlli olacaq.

Qeyd edək ki, aprel ayından etibarən Səhiyyə naziri vəzifəsi boşdur.

24saat.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir