Manşet

Şəmkir hələ də Alimpaşanın NƏZARƏTİ ALTINDADIR – İDDİA

 

2021-ci ilin aprelində Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi rayonda böyük maraq və sevinc hissi ilə qarşılanıb.

“24 saat”–a məlumat verən mənbənin sözlərinə görə, o zaman hər kəs düşünüb ki, istintaq Alimpaşa Məmmədovun bütün əməllərini üzə çıxaracaq, ona pul yığan, tələb etdiyi rüşvətin üzərinə bir o qədər də əlavə edib alan və beləcə milyonçuya çevrilən Qüdrət Əliyev, Rasim Mustafayev, Mahir Əliyev və digərləri də cəzalarına çatdıracaq. Əməliyyatdan sonrakı ilk günlərdə istintaq ciddi şəkildə aparılırıb. Hətta əməliyyat zamanı qolları burularaq başı aşağı vəziyyətdə İcra Hakimiyyətinin binasına gətirilmiş Alimpaşa Məmmədovun keçmış birinci müavin Qüdrət Əliyev yaxın adamlarına hər şeyin bitdiyini, yüzlərlə adamın üzünə durduğunu, həbsinin qaçılmaz olduğunu deyib.

İndi isə Şəmkirdə hər kəs vəziyyətin dəyişməsindən xəbərdardır. İstintaqa çağrılan bir sıra şəxslər, o cümlədən Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri postunu həmin o Qüdrət Əliyev hər şeyin yaxşı olduğunu, hətta öz işlərində qalıb işləyəcəklərini, hədəfin Alimpaşa Məmmədov olduğunu, onlarlıq iş olmadığını elan etməkdən çəkinmirlər. Belə aydın olur ki, Alimpaşa Məmmədovun dəstəsi artıq məsuliyyətdən kənar qalacaqlarına əmindirlər və həmin şəxslər yeni başçı Rəşad Tağiyevin yanında yer almaqdadırlar. Amma məsələnin daha ağrılı tərəfləri bu deyil.

Bu foto şəkilə diqqət edin.

Şəmkir hələ də Alimpaşanın NƏZARƏTİ ALTINDADIR - İDDİA

İcra başçısı Rəşad Tağıyev şəhid üsaqları ilə görüş keçirir

Yeni icra başçısı Rəşad Tağıyev şəhid üsaqları ilə görüş keçirir. İcra başçısının sağında oturan isə təhsil şöbəsinin müdiri həmin məhşur Qüdrət Əliyevdir. Adı Alimpaşa Məmmədovun cinayət işində ən cox çəkilən, uzun illər Şəmkirdəki korrupsiyanın başında dayanan, heç bir pedaqoji təcrübəsi və savadı olmayan, şəhid anasına “ərə get, problemin həll olunsun” deyən Qüdrət Əliyev.

Şəmkir sakinləri deyir ki, bu görüş başqa şəxslərlə olsaydı, onlara bu qədər pis təsir etməzdi. Qanını, canını bu millətin yolunda verən şəhidlərin övladlarının qarşısına millətin qanına susayan birinin çıxarılması Şəmkir sakinlərində məyusluq, qəzəb doğurub. Yeni başcının fəaliyyətinin Alimpaşa Məmmədovun əməllərindən fərqlənməyəcəyi qənaətini formalaşdırıb.

Bundan başqa, yeni başçı idarə müdirlərinə tapşırıq verib ki, hərə 5-6 şəhid ailəsinə yardım göstərsin. İdarə müdirləri də dəyəri maksimum 70- 80 manatlıq ərzaqla yardım paketi hazırlayıb, şəhid ailələrinin evinə gedirlər. Yardımları ailələrə sədəqə verirmiş kimi kamera qarşısında poz verərək təqdim edirlər. Sonra da çəkilən fotoşəkilləri Şəmkir İcra Hakimiyyətinin səhifəsində paylaşırlar. Daha sonra isə rəhbərlik etdikləri kollektivə həmin fotoşəkilləri göstərərək xərcə düşdüklərini deyir və kollektivdən çəkdikləri xərcdən dəfələrlə artıq pul yığırlar.

Şəmkirdən camaat sual edir ki, şəhid dəfnlərində artistlik edib, sonra Şəmkirin qanını soran Alimpaşa Məmmədovla Qüdrət Əliyev kimilərinə şəhid adından istifadə edib çirkin əməllərlə məşğul olmağa şərait yaradan Rəşad Tağıyevin nə fərqi var?

Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

24saat.org

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir