Cəmiyyət

“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR

Məlahət Qurbanova ilə sabiq nazirin zirzəmi davası necə bitdi ?

“Lombard”la məşğul olanlar vergini necə ödəyir ?

Əsas mövzuya keçməzdən öncə bir ciddi məsələ barəsində fikirlərimizi bölüşək.

Məlumdur ki, bir neçə gün öncə Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun mərmər biznesi ilə məşğul olan iş adamlarına 2 milyon manatı sələmə verməsi barədə saytlarda xəbər yayıldı.

Xəbərdən məlum olurdu ki, Tağı Əhmədovdan sələmə pul götürənlər faizi vaxtında qaytara bilmədiyi üçün yaranan münaqişə hazırda məhkəmədə çözülür.

Ancaq bir neçə sual maraqlıdır.

Azərbaycan qanunverciliyində sələmə pul vermək məsələsi yoxdur.

Onda faizi gecikdirən qarşı tərəfi məhkəmə necə, hansı qanunla ittiham edəcək ?

Əgər Tağı Əhmədov 2 milyon manatı sələmə veribsə, qazandığı külli miqdarda gəlirdən niyə vergi ödəməyib ?

Əlbəttə, Tağı Əhmədov öz pulunu ( oğurluq, ya doğurluq ) sələmə verib. Ancaq bu gün xeyli sayda məmurlar xalqdan oğurlaqdıqları milyonları özləri deyil, digər şəxslər vasitəsilə sələmə verirlər, lombard üçün istifadə edirlər. Əgər qanunda boşluq varsa, bu məsələ niyə parlament səviyyəsində həllini tapmır ?

Digər tərəfdən bu sahədə vergidən yayınma niyə qanunla tənzimlənmir ?

Sözümüzün canı odur ki, Bakı şəhərində xeyli sayda lombard fəaliyyəti göstərən obyektlər var. Və çoxunun da qoyduqları pullar özlərinin deyil, bəzi məmurlarındır.

Belə lombard sahiblərindən biri də “Lombard Məlahət”dir.

Söhbət “Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanovadan gedir.

Məlahət Qurbanovanın adı ilk dəfə mətbuatda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla birgə hallanıb.

Məlahət Qurbanova iddia edir ki, guya lombard fəaliyyəti ilə məşğul deyil.

Bəs onda “Lombard N:1”in saytında da barənizdə gedən məlumatlar nədir ?

Lombard Məlahət barəsində mətbuatda gedən yazılara görə, özünü deyil, ancaq media mənsublarını ittiham edir.
Görəsən sabiq nazir Füzuli Ələkbərovla aralarında olan cinayət xarakterli əməlləri də jurnalistlər edib ?
Jurnalistlərin bu məsələyə nə dəxli var, Məlahət Qurbanova ?

“Lombard Məlahət”lə sabiq nazir Füzuli Ələkbərovun davası “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilməmək üstündə idi.

Ümumiyyətlə, Məlahət Qurbanovanın biznes fəaliyyəti və vergiləri ödəyib-ödəməməsi məsələsinə müvafiq dövlət qurumları aydınlıq gətirməlidir. (Gündəlik Bakı)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir