Dünya

Ukrayna KİV-i Baş nazir postuna yeni namizədi açıqladı

Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenko Denis Şmıqalın istefasından sonra ölkənin baş naziri vəzifəsinə ən çox ehtimal olunan namizəddir.

Belə bir proqnozu Ukraynanın “24 kanal” televiziyası yayıb.

“Mənbənin bildirdiyinə görə, Lyubçenko dekabrda təyin edilə bilər. Bu təyinat ona görədir ki, Lyubçenko yenilənən hökumətin tərkibinə öz komandası və layihələri ilə gəlib. Bununla bağlı mayın sonlarından işlər görülür”, – deyə məlumatda qeyd edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir