Manşet

“Vüqar Kərimov mənim tələbə yoldaşımdır və mənim arxamda o durub…” – ÖZBAŞINALIQ!

Mən, Ağayev Kərəm İsabala oğlu
İxtisasca ali təhsilli kadastr mühəndisiyəm

Ailəliyəm və 2 yaşında bir övladım vardır.
Ailədə tək çalışan mən idim və başqa bir yerdən gəlirimiz yoxdur.

Müddətsiz 2(ikinci) qrup əlil şəxsəm.
27.03 2019-cu ildən 08.09.2021-ci ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə uçotu və kadadtrı üzrı baş mühəndis vəzifəsində çalışmışam. İşlədiyim Mərkəzdə dəfələrlə direktor Adəm İsmiyev, onun müavini Faiq Əlişov baş mühafizə mühəndisi Abturab Bağırovun saxta işlərlə rastlaşmışam:
-Meşələrin qırılıb talan edilməsi;
– Dövlət meşə fondunda olan torpaq zəbtlərinin gizlədilməsi;
– Dövlət Meşə Fondunda olan yerlərəin akt yazmasında
iştirak edən zaman, guya, mən o yerləri qeyri-meşə fondu kimi və ya köhnə tikililər kimi göstərilməsi və s.
Dəfələrlə bu qeyri-qanuni işlərə görə onlara öz etirazımı bildirmişəm.
Adəm İsmiyev dəfələrlə mənə bildirmişdi ki, sənə nə göstəriş verirəmsə fərqi yoxdur düz və ya düz olmayan, sən onu etməlisən. Əks təqdirdə sənə töhmət verib işdən çıxardacam. Adəm İsmiyev və tərəfdarları mənə bildirirdilər ki, bizim arxamızda duranlar var və heç kim bizə heç Nə edə bilməz.
A.İdmiyev dəfələrlə şəxsən özü mənə bildirir ki, ETSN-,nin müavini Vüqar Kərimov mənim tələbə yoldaşımdır və mənim arxamda o durub.
29 iyul 2021-ci il saat 11:30 radələrində Mərkəzin müavini Faiq Əmişov mənə bildirdi ki, ETSN-dən göstəriş var ki, 3 saat ərzində hər meşəbyliydən 1.9 ha sahənin koordinatları və sxemin “payız” əkini kompaniyasına vurub, hazırlamalısan.
Mən isə bildirim ki, mən hazıram tapşırılan işləri görməyə, amma 3 saat mənə bəs eləməz və bir də sözü gedən koordinatları gedib ərazilərdə yerində vurulmalıdır .
O ” Bu gün ki, gün bizim nəqliyyatımız yoxdur, vaxt azdır və sən, bunu buradaca xəritə üzərinə gətirib vura bilırsən”.
Mən sonra elə həmin an dərhal ETSN-nin “168” qaynar xəttinə zəng vurub , hadisəni olduğu kimi danışıb və Mərkəzdə saxta işlərin baş verdiyini anlatdım. O zamandan bəri hələ də mənim ETSN-nin 168 qaynar xəttinə etdiyim şikayətə baxılmayıb.
Bundan xəbər tutan A.İsmiyev dərhal həmkarların iclasını təşkil edib və 4-5 nəfər öz əl aldıqlarını yığıb, mənə əleyhimə iclas təşkil edib. Hansı o zaman mənim heç şəhərində olmayıb və mən o zaman günorta fasiləsində çıxmışam.
3 sentyabr 2021-ci ildə mənə bildirildii ki, sənə “töhmət” verilib . Mənə imza artırıb töhmətlər tanış etdilər, amma töhmıtin bir sürətini vermədilər.
Mən bu barədə elə həmin gün “ecofront” ictimai birliyinə şikayıt verib, 04 sentyabr onları MRMT,-,nə çəklişə dəvət etdim. Mən, bu (töhmətin bir sürətinin mənə verilməməsi) barədə əmək müfəttişlərinə və digər aidiyyatı orqanlara müraciət etdim ( töhmət və işdən çıxma əmrinin sürətin şikayətlərimfən sonra, 21.09.2021 il tarixdə nəhayət ala bildim Mətkəzdən).
07 sentyabr yenidən həmkarlar keçirtdilər və bildirdilər ki, tapşırıq var Meşəlırin İnkişagı Xidmətindən sən bizimlə işləmıyəcəlsən daha. Artıq 09 sentyabr 2021-ci il tarixdə şəhər saat 09: 15 mənə detektor müavini Faiq Əmişov bildirdi, MİX artıq sənin çıxma əmrini verib və sən buranın işçisi deyilsən. Get evinizə . Mənə 31 avqust töhmət vurulub və 8 sentyabr isə məni işdən azad ediblər. Mənə vurulan töhmət əmrini və işdən azad olunma ömürlərini vermirdilər. Mən bu barədə aidiyyatı orqanlara ( Masallı rayon Prorkrolluğuna, Dövlət Əmək Müfəttişliyi və s.) yazılı müraciət etdim. Yenə Sağ olsun Masallı rayon Prokurorluğunun əməkdaşları ki, onların vasitəsilə 21.09.2021-ci ildə sözügedən əmrləri nəhayət ala bildim. Onlar sözügedən əmrlərdə məni barəmdə şər-böhtan xarakterli “çümlələr” yazıblar.
Hal bu ki, mənə heç nə yazılı nə də şifahi xəbərdarlıq olunub. Birinci barəmdə keçirilən həmkarlardan heç xəbərim belə olmayıb , nə də iştirakım.
Heç məndən izahtlar da istənilməyib.
 //azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir