Azərbaycanda tikinti şirkətlərinin dələduzluğu, vətəndaşları və dövləti aldatması son illər ən çox təsadüf olunan cinayətlərdən biridir.
Xəbər verdiyimiz kimi, Sonxeber.az-ın redaksiyasına təmir tikinti şirkətinin dələduzluğu ilə bağlı şikayət daxil olub. Şikayətçi Arif Nəzərov evini təmir etdirmək üçün “FƏRDA DESIGN” MMC , digər adı ilə desək, “ELSE GROUP” tikinti şirkəti ilə razılaşıb, amma fırıldaqçılıqla qarşı-qarşıya qalıb. Eyni zamanda, tək o yox, 20 nəfərə yaxın insan bu şirkətin tələsinə düşüb.
Qeyd edək ki, “FƏRDA DESIGN” Məhdud Məsuliyyətli Cəmiyyəti Fərda Xudaverdiyevin adından istifadə edir.
Sonxeber.az olaraq, məsələ ilə bağlı aktyor F. Xudaverdiyevlə əlaqə saxladıq. O, adından istifadə edildiyini bildirdi. Hazırda o da həmin şəxslərin axtarışındadır.
Onun açıqlamasını audio şəklində oxuculara təqdim edirik: